SİYASƏT


Azərbaycanın və Birləşmiş Krallığın Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planı imzalanıb

 Azərbaycanın və Birləşmiş Krallığın Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planı imzalanıb

Bakı, 3 oktyabr (AZƏRTAC). Oktyabrın 3-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Birləşmiş Krallığın Müdafiə Nazirliyi arasında Qərargah danışıqları keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub, regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.

Danışıqların yekunu olaraq “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birləşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2015/2016-cı maliyyə ili üzrə hərbi əməkdaşlıq Planı” imzalanıb.

Sənədi Azərbaycan tərəfdən Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov, Birləşmiş Krallıq tərəfdən isə Müdafiə Nazirliyinin NATO və Geniş Avropa İdarəsinin İkitərəfli Əlaqələr Qrupunun rəhbəri xanım Debbi Brazers imzalayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.