SİYASƏT


Azərbaycanın və Finlandiyanın xarici işlər nazirləri ATƏT çərçivəsində mövcud əməkdaşlıq münasibətlərini müzakirə ediblər

Bakı, 2 dekabr, AZƏRTAC

Dekabrın 2-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında iştirakı çərçivəsində Finlandiya Respublikasının xarici işlər naziri Pekka Haavisto ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, nazirlər iki ölkə arasında ikitərəfli münasibətlər, eləcə də beynəlxalq təşkilatlar, o cümlədən ATƏT çərçivəsində mövcud əməkdaşlıq münasibətlərini müzakirə ediblər.

2025-ci ildə Helsinki Yekun Aktının 50-ci ildönümünün keçiriləcəyi zaman Finlandiyanın ATƏT-ə sədrlik etmək təşəbbüsü məmnunluqla qeyd olunub.

Nazir Ceyhun Bayramov həmkarına regiondakı cari vəziyyət, Azərbaycan-Ermənistan arasında münasibətlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında normallaşması istiqamətində müxtəlif formatlarda görülən işlər, həmçinin üçtərəfli bəyanatların icra olunması istiqamətində atılan addımlar barədə geniş məlumat verib.

Nazirlər, həmçinin digər qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.