SİYASƏT


Azərbaycanın və Fransanın şəhərləri arasında əlaqələrin perspektivləri müzakirə olunub

La Bol, 22 iyun, AZƏRTAC

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev bu ölkənin Luara regionunda səfərdə olub.

AZƏRTAC xəbər verir ki, regiona səfəri çərçivəsində səfir La Bol və Qerand şəhərlərinin merləri ilə görüşüb.

La Bol şəhərinin meri İv Metero və Qerand şəhərinin meri Nikola Kriyo ilə ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparılıb və əməkdaşlığın perspektivləri müzakirə olunub.

Görüşlərdə ölkəmizin mürəkkəb geosiyasi məkanda yerləşdiyi bildirilib. Regionun mürəkkəb olmasına rəğmən, ölkəmizin balanslı və uğurlu siyasəti yüksək qiymətləndirilib. Mer İ.Metero parlament seçkiləri zamanı ölkəmizə səfərini xatırladıb, müşahidəçi qismində seçkiləri izlədiyini bildirib. Seçkilərin yüksək səviyyədə təşkil edildiyini qeyd edərək seçkilərə dair təəssüratlarını, eləcə də Azərbaycana səfəri ilə bağlı xatirələrini bölüşüb.

Atlantik okeanının sahilində yerləşən və Fransanın məşhur turistik məkanlarından olan La Bol şəhərinin meri Azərbaycan şəhəri ilə əməkdaşlıq etmək, qardaşlaşma niyyətini ifadə edib.

R.Mustafayevə La Bol şəhərinin medalı təqdim olunub. Səfir La Bol şəhərinin şərəf kitabını imzalayıb.

Səfirliyimizin iqtisadi məsələlər üzrə diplomatı Suliddin Məmmədov və konsul Vüqar Əliyev də görüşlərdə iştirak edib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

La Bol

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.