CƏMİYYƏT


Azərbaycanın və Gürcüstanın Baş prokurorluqları arasında səmərəli əməkdaşlıq davam etdirilir

Bakı, 6 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının tələblərinə əsasən, Gürcüstanın Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində respublikamızın ərazisində cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasından ötrü Azərbaycan Respublikasına ekstradisiyası barədə sorğu edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Fədail Quliyevin 2017-ci ildə Bakıda Türkiyə Respublikasının vətəndaşı Kaman Eyyup Hakandan satış məqsədilə 500 min ədəd saxta aksiz markası sifariş edərək ölkəmizdə satışını həyata keçirməsinə əsaslı şübhələr müəyyənləşdirilib və bu səbəbdən təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində beynəlxalq axtarış elan olunub.

Fədail Quliyevin Gürcüstan ərazisində yerinin müəyyən edilməsi əsası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Gürcüstan Baş Prokurorluğuna sorğusu təmin olunub. Fədail Quliyevin Azərbaycan Respublikasına ekstradisiyası yaxın günlərdə həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.