SİYASƏT
Azərbaycanın və Gürcüstanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb
Tbilisi, 24 noyabr, AZƏRTAC
Gürcüstanda səfərdə olan Azərbaycan Xarici İşlər Nazirliyinin II Avropa İdarəsinin rəisi İlqar Muxtarov noyabrın 24-də bu ölkənin Xarici İşlər Nazirinin birinci müavini David Zalkaliani ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında siyasi məsləhətləşmələr çərçivəsində ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin inkişaf perspektivləri, eləcə də beynəlxalq və regional təşkilatlarda əməkdaşlıq məsələləri müzakirə olunub.
Söhbət zamanı, həmçinin bu cür görüşlərin davamlı olması, qarşılıqlı səfərlərin təşkili, intensivləşdirilməsi, ticarət dövriyyəsinin artırılması barədə fikir mübadiləsi aparılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi