CƏMİYYƏT


Azərbaycanın və İranın media orqanları arasında əməkdaşlığın gücləndirilməsinə dair müzakirələr aparılıb

Bakı, 28 iyun, AZƏRTAC

İranın mədəniyyət və islami irşad nazirinin mətbuat və informasiya üzrə müavini Mohammad Soltanifar Azərbaycan Mətbuat Şurasında olub.

Şuranın sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, İran və Azərbaycan arasında bütün sahələrdəki dinamik münasibətlərin media tərəfi də var. Bu baxımdan rəhbərlik etdiyi qurum ilə İranın Mədəniyyət və İslami İrşad Nazirliyinin Mətbuat və İnformasiya Departamenti arasında imzalanmış anlaşma memorandumuna diqqət çəkən Ə.Amaşov vurğulayıb ki, bu sənəd perspektiv əməkdaşlıq üçün kifayət qədər geniş imkanlar yaradır.

Görüşdə iki ölkənin media orqanları, habelə jurnalistləri arasında təmasların gücləndirilməsinin vacibliyi qeyd edilib. Xüsusən də qarşılıqlı təcrübə mübadiləsinin zəruriliyi bildirilib. Diqqətə çatdırılıb ki, İran və Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə obyektiv çatdırılması son dərəcə vacibdir. Mövcud xüsusda hər iki ölkənin media strukturlarının birgə səylər göstərməsinin əhəmiyyət daşıdığı vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.