SİYASƏT


Azərbaycanın və İranın xarici işlər nazirləri regiondakı vəziyyəti müzakirə ediblər

Bakı, 14 may, AZƏRTAC

Mayın 14-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, nazirlər ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişafını məmnunluqla qeyd ediblər.

İki ölkə arasında iqtisadi, ticarət, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafı üzrə fikir mübadiləsi aparılıb.

İran-Azərbaycan iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyəti və bu çərçivədə əldə olunan razılıqların icrası təqdir edilib.

Tərəflər, qarşılıqlı səfərlərin əlaqələrin inkişafına müsbət təkan verdiyini qeyd ediblər. Nazir Ceyhun Bayramov həmkarının İran İslam Respublikasına səfər dəvətini məmnunluqla qəbul edib və səfərin yaxın zamanlarda həyata keçiriləcəyini bildirib.

Tərəflər, həmçinin regional vəziyyət və beynəlxalq gündəliyin qarşılıqlı maraq doğuran məsələlərini müzakirə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.