SİYASƏT


Azərbaycanın və Nigeriyanın Hərbi Hava qüvvələri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Bakı, 7 fevral, AZƏRTAC

Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov ölkəmizdə səfərdə olan Nigeriya Federativ Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Sadiq Baba Abubakarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycanın və Nigeriyanın Hərbi Hava Qüvvələri arasında əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Nigeriyanın nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin aviabazasında da olub.

Qonaqlara aviabazanın fəaliyyəti barədə ətraflı məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.