CƏMİYYƏT


Azərbaycanın və Türkiyənin Baş prokurorları Gəncəyə səfər ediblər

Bakı, 2 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev və Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahinin başçılıq etdiyi nümayəndə heyəti iyunun 2-də Gəncə şəhərinə səfər ediblər.

AZƏRTAC xəbər verir ki, Baş prokurorlar əvvəlcə dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət edirlər.

Səfər çərçivəsində şəhərin mərkəzi meydanında ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyulması və Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutduğu ərazinin ziyarət edilməsi nəzərdə tutulub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.