SİYASƏT
Azərbaycanın və Türkiyənin diaspor təşkilatları erməni lobbisi ilə mübarizədə həmrəyliik nümayiş etdirirlər

Ankara, 24 aprel (AZƏRTAC). Erməni lobbisinin aprelin 24-də ildönümünü qeyd etdiyi qondarma “soyqırımı” iddiaları ilə mübarizə aparan Türkiyənin və Azərbaycanın diaspor təşkilatları yüksək həmrəylik nümayiş etdirmişlər.
Anadolu agentliyinin məlumatına görə, iki qardaş ölkənin Vaşinqtondakı diaspor təşkilatlarının nümayəndələri ermənilərin hər il toplaşdıqları Türkiyə səfirliyinin önündə gecədən keşik çəkirlər.
Əllərində Azərbaycanın və Türkiyənin dövlət bayraqları olan diaspor nümayəndələri bildirmişlər ki, ermənilərin səfirliyin qarşısnda toplaşmasının qarşısını almaq üçün kifayət qədər gücə malikdirlər.
Qondarma “erməni soyqırımı” iddialarını ifşa etmək üçün Ankarada da ABŞ-ın Türkiyədəki səfirliyinin önündə aksiya keçirilmişdir. Azərbaycan dərnəklərinin nümayəndələrinin və Türkiyə ictimaiyyətinin iştirak etdiyi aksiyada mətbuat üçün açılqlamanın mətni oxunmuşdur. Bildirilmişdir ki, qondarma “soyqırımı” iddiaları ilə dünya ictimaiyyətini yanlış məlumatlandııran ermənilərin Azərbaycan və Anadolu torpaqlarında törətdikləri qətliamlar dünyaya çatdırılmalıdır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara