MƏDƏNİYYƏT
Azərbaycanın xalq artisti Tehranda geniş konsert proqramı ilə çıxış edəcək
Bakı, 6 yanvar, AZƏRTAC
Azərbaycanın xalq artisti Alim Qasımov yanvarın 11-12-də Tehranda “Vəhdət” sarayında geniş konsert proqramı ilə çıxış edəcək.
Xanəndənin mətbuat katibi Səadət Möhübova AZƏRTAC-a bildirib ki, artıq konsertin biletləri satışa çıxarılıb. Konsertdə xanəndə, qızı əməkdar artist Fərqanə Qasımova ilə eyni səhnəni bölüşəcək.
Bildirilib ki, Alim Qasımovu Tehran Simfonik Orkestri müşayiət edəcək. Artıq xanəndə Tehranda məşqlərə başlayıb və böyük həvəslə konsertə hazırlaşır.
Səadət Möhübova deyib ki, proqrama xalq və bəstəkar mahnıları daxildir.
Qeyd edək ki, Alim Qasımov sonuncu dəfə 2014-cü ilin mayında Tehranın “Milad” sarayında konsert verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]