ELM VƏ TƏHSİL


Azərbaycanın xaricdə təbliği ildən-ilə güclənir

London, 15 fevral (AZƏRTAC). Azərbaycanın xaricdə təbliği ildən-ilə güclənir.

Bu fikri Londonda “Avropa enerji təhlükəsizliyinin təminatı: Azərbaycan və Türkiyənin rolu” mövzusunda beynəlxalq konfransda iştirak edən London King”s Kollecinin tələbəsi Fidan Həmzəyeva AZƏRTAC-a müsahibəsində vurğulamışdır.

F.Həmzəyeva demişdir ki, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” və başqa layihələr nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə təbliği artmaqda davam edir. Dünyanın qabaqcıl universitetlərindən yaradılmış Azərbaycan cəmiyyətləri, tələbə gənclər təşkilatları respublikamızın milli bayramlarının fəal şəkildə qeyd olunmasına çalışır, Azərbaycanın tarixini, mədəniyyətini və ölkəmiz haqqında əsl həqiqətləri universitetlərdə təbliğ edir, dünyanın müxtəlif ölkələrindən olan tələbə yoldaşlarının diqqətinə çatdırırlar.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.