İQTİSADİYYAT


Azərbaycanın xaricə təbii qaz satışı 36 faiz artıb

Bakı, 31 iyul, AZƏRTAC

Cari ilin ilk 6 ayında Azərbaycandan xaricə təbii qaz satışı təxminən 9,1 milyard kubmetr təşkil edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 36 faiz çoxdur.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu ilin yanvar-iyun aylarında Türkiyəyə təqribən 4,7 milyard kubmetr, Avropaya təqribən təxminən 3,2 milyard kubmetr, Gürcüstana isə 1,2 milyard kubmetr qaz ixrac edilib.

Həmin dövrdə “Bakı-Tbilisi-Ceyhan” boru kəməri sisteminə 50,5 milyon kubmetr qaz verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.