SİYASƏT


Azərbaycanın xarici işlər naziri ATƏT-in baş katibi ilə görüşüb

Bakı, 6 dekabr, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 6-da Milanda ATƏT-in 25-ci Nazirlər Şurası çərçivəsində təşkilatın baş katibi Tomas Qreminqerlə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli perspektivləri, Azərbaycanın ATƏT ilə əməkdaşlıq imkanları müzakirə olunub.

Nazir Elmar Məmmədyarov Ermənistanın xarici işlər naziri və ATƏT-in Minsk qrupunun həmsədrləri ilə keçirdiyi görüşlər haqqında məlumat verib, həmin görüşün faydalı olduğunu, eyni zamanda, mövcud formatda intensiv, nəticəyönümlü danışıqların yaxın gələcəkdə davam etdirilməsinin razılaşdırıldığını bildirib.

T.Qreminqerin sualını cavablandıran Elmar Məmmədyarov Azərbaycanın işğal olunmuş ərazilərinə mümkün qiymətləndirmə missiyasının təşkilində ATƏT-in rolunu qeyd edib.

Nazir Elmar Məmmədyarov ATƏT İqtisadi və Ətraf Mühit Əlaqələndiricisi Ofisi ilə birlikdə hazırlanmış “Xəzər dənizi regionunda bağlılığın və yaşıl limanların təşviqi” adlı ATƏT-in büdcədənkənar layihəsinin icra olunmasının Azərbaycan, Qazaxıstan və Türkmənistan limanlarının enerji təchizatının şaxələndirilməsi və Mərkəzi Asiya ölkələrinin Xəzər dənizi üzərindən Avropa bazarlarına çıxışına töhfə verəcəyini bildirib.

Tərəflər arasında maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.