SİYASƏT


Azərbaycanın xarici işlər naziri BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində bir sıra görüşlər keçirib VİDEO

Nyu-York, 27 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib.

Elmar Məmmədyarov Monakonun xarici işlər və əməkdaşlıq naziri Gilles Tonelli, Rumıniya Baş nazirinin strateji tərəfdaşlıqların yerinə yetirilməsi məsələləri üzrə müavini Ana Birçal, Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed Əl Nahyan, Qırğızıstanın xarici işlər naziri Erlan Abdıldayev, Hondurasın xarici işlər naziri Mariya Dolores Aquero Lara, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin, Parlamentlərarası İttifaqın prezidenti Qabriela Kuevas Barron və BMT Təhlükəsizlik Şurasının Terrorçuluğa qarşı Mübarizə Komitəsinin İcraçı Direktoratlığının rəhbəri Mişel Koninks ilə görüşüb.

Görüşlərdə ölkələrimiz arasında əlaqələr, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək, BMT Baş Assambleyasının 73-cü sessiyasının gündəliyi üzrə maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Nyu-York

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.