SİYASƏT


Azərbaycanın xarici işlər naziri Belqradda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib

Bakı, 12 oktyabr, AZƏRTAC

Qoşulmama Hərəkatının 60 illik yubileyi münasibətilə Belqradda keçirilən yüksəksəviyyəli tədbir çərçivəsində nazir Ceyhun Bayramov Serbiya paytaxtında yerləşən Taşmaydan parkına gələrək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin burada ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazir, həmçinin həmin parkda ucaldılmış görkəmli serb yazıçısı Milorad Paviçin heykəlini və 1999-cu ildə Belqrad şəhərinin bombalanması zamanı həlak olmuş uşaqların xatirəsinə ucaldılmış "Biz, sadəcə, uşaqlar idik" abidəsini ziyarət edib, hər iki abidənin önünə gül dəstələri qoyub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.