SİYASƏT


Azərbaycanın xarici işlər naziri Brüsseldə Avropa Siyasət Mərkəzində çıxış edib VİDEO

Brüssel, 19 iyul, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Belçikanın paytaxtında Avropa İttifaqının ən nüfuzlu beyin mərkəzlərindən biri - Avropa Siyasət Mərkəzində (EPC) çıxış edib.

AZƏRTAC xəbər verir ki, EPC-nin siyasət məsələləri üzrə baş analitiki Amanda Polun moderatorluğu ilə keçirilən tədbirdə Azərbaycanın xarici işlər naziri Cənubi Qafqazda münaqişədən sonrakı regional vəziyyəti qonaqlara təsvir edib, 44 günlük Vətən müharibəsindən sonra baş vermiş və davam etməkdə olan əsas proseslərdən danışıb. O, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın icrası ilə bağlı işlərin vəziyyəti, Ermənistanla danışıqlar prosesi, o cümlədən sülh sazişi ilə bağlı ətraflı danışıb, həmçinin dövlətlərarası sərhədlərin delimitasiyası məsələlərinə toxunub. Çıxışında regionda həyata keçirilən kommunikasiya layihələrinə xüsusi diqqət yetirilib. Nazir, həmçinin Aİ-nin roluna və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin regionumuzun münaqişədən sonrakı kontekstində apardığı aktiv fəaliyyətə toxunub.

Nazirin çıxışından sonra keçirilən sual-cavab sessiyasında regional siyasətin qonaqları maraqlandıran tərəfləri açıqlanıb. Görüş iştirakçıları arasında tanınmış avropalı politoloqlar, jurnalistlər, Avropa Parlamentinin deputatları da olub.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.