SİYASƏT
Azərbaycanın xarici işlər naziri Çexiyaya yola düşüb
Bakı, 3 may, AZƏRTAC
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov mayın-4 Praqa şəhərində keçiriləcək Vişeqrad 4 (Çex Respublikası, Macarıstan, Polşa və Slovakiya) və Şərq Tərəfdaşlığı xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün Çexiyaya yola düşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclas çərçivəsində nazir Elmar Məmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.