Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycanın xarici işlər naziri “İnterfaks” agentliyinə müsahibə verib

Azərbaycanın xarici işlər naziri “İnterfaks” agentliyinə müsahibə verib

Moskva, 17 yanvar, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “İnterfaks” agentliyinə məxsusi müsahibə verib.

AZƏRTAC xəbər verir ki, nazir Elmar Məmmədyarov agentliyə müsahibəsində Azərbaycan ilə Rusiya arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığını və regionlararası səviyyədə qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsinin münasibətlərimizin prioritetlərindən biri olduğunu bildirib. Bununla əlaqədar olaraq, ticari-iqtisadi, humanitar və digər sahələrdə Sankt-Peterburq ilə işlənib hazırlanmış və uğurla davam edən əməkdaşlıq formatlarından istifadə olunmasına xüsusi diqqət yetirilir.

Azərbaycanın xarici siyasət idarəsinin başçısı deyib: “2018-ci ilin dekabrında müvafiq hökumətlərarası komissiyanın ikinci iclası keçirilib. İclasda tərəfdaşlığımızın vəziyyəti və qarşılıqlı faydalı əsasda genişləndirilməsinin perspektivləri müzakirə edilib. Çox diqqətəlayiq haldır ki, 2020-ci ildə Azərbaycan dünyanın mədəni həyatında ən sanballı tədbirlərdən biri olan Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda “fəxri qonaq ölkə” statusunda iştirak edəcək. Əminəm ki, ölkəmizin Sankt-Peterburqdakı baş konsulluğu Azərbaycan ilə Rusiyanın Şimal paytaxtı arasında ikitərəfli əməkdaşlığın inkişafına bundan sonra da töhfə verəcək və bu istiqamətdə səylər göstərəcək”.

Diplomat 2019-cu ildə Azərbaycanın xarici siyasətinin prioritetlərinə toxunaraq bildirib ki, ötən il olduğu kimi, 2019-cu ildə də ölkəmiz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara əsaslanan müstəqil, çoxşaxəli, tarazlaşdırılmış və fəal xarici siyasət yeridəcək və beynəlxalq aləmdə onun mövqelərinin qorunub saxlanılmasına səy göstərəcək.

Elmar Məmmədyarov deyib: “2019-cu ildə xarici siyasətin prioritetləri, ilk növbədə, ölkəmizin suverenliyinin və müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyümüzün beynəlxalq miqyasda tanınmış sərhədlər çərçivəsində bərpa olunması, habelə irimiqyaslı layihələrin reallaşdırılmasının davam etdirilməsi, bütün beynəlxalq aktorlarla qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi olacaq”.

Nazir vurğulayıb ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində onun ərazi bütövlüyü və suverenliyi əsasında nizamlanmalıdır.

Diplomat deyib: “Nizamlanmanın hüquqi bazasına müraciət edərkən xatırlatmaq lazımdır ki, onu, ilk növbədə, BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş dörd qətnamə, digər beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in, İslam Əməkdaşlıq Təşkilatının, GUAM-ın, NATO-nun, Avropa Parlamentinin və s. qərarları, habelə ikitərəfli və çoxtərəfli formatlarda qəbul edilmiş birgə sənədlər təşkil edir. Təəssüf ki, uzun illər davam edən danışıqlar heç bir nəticə verməyib. Lakin Ermənistanda baş verən son hadisələr, habelə Düşənbədə və Sankt-Peterburqda MDB sammitləri müstəvisində Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistan Respublikasının baş naziri arasında söhbətlər, eləcə də erməni həmkarımla üç görüşüm danışıqlar prosesinin irəlilədilməsi nöqteyi-nəzərindən müəyyən nikbinlik üçün əsas verir”.

Nazirin sözlərinə görə, Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətləri başçılarının, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Milanda nazirlər səviyyəsində keçirilən görüşü çərçivəsində qəbul edilmiş 2018-ci il 6 dekabr tarixli birgə bəyanatında münaqişənin sülh yolu ilə ədalətli və davamlı tənzimlənməsi üzrə danışıqları davam etdirməyə razılığın əldə olunması qeyd edilib. Bu isə o deməkdir ki, danışıqların formatı dəyişməyib. Sənəddə, həmçinin Düşənbədə iki dövlətin rəhbərləri səviyyəsində əldə olunmuş razılaşmaya riayət edilməsinə və hər iki ölkənin əhalisinin sülhə hazırlanması üçün konkret addımların atılmasına çağırış əksini tapıb. Bundan əlavə, birgə bəyanatda yaxın gələcəkdə Azərbaycan və Ermənistan rəhbərlikləri səviyyəsində intensiv danışıqların aparılmasının zəruriliyi barədə fikir ifadə olunub.

E. Məmmədyarov deyib: “Münaqişənin nizamlanmasında irəliləyişin əldə olunması bütün regionda sülh, təhlükəsizlik və sabitliyə şərait yaratmaqla, ilk növbədə, Ermənistanın özündə iqtisadi inkişafa imkanlar açacaq. Ölkəmiz digər etnik qrupların nümayəndələri olan vətəndaşlarının təhlükəsizliyini təmin etdiyi kimi, özünün beynəlxalq öhdəliklərinə uyğun olaraq Dağlıq Qarabağın erməni mənşəli vətəndaşlarına münasibətdə də bunu etmək və onlara Azərbaycan Respublikasının beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində yüksək səviyyədə özünüidarəetmə hüququ verməyə hazırdır”.

Nazir vurğulayıb ki, Azərbaycanı narahat edən problemlərə və beynəlxalq gündəliyin aktual məsələlərinə dair ölkəmizin mövqeyi BMT Baş Məclisinin 73-cü sessiyasi çərçivəsində keçirilən bir sıra tədbirlərin gedişində böyük anlayışla qarşılanıb və dəstəklənib. Məsələn, BMT-nin Baş Məclisi Azərbaycanın təklif etdiyi “İtkin düşmüş şəxslər” adlı qətnaməni dekabrın 17-də qəbul edib. Sənəddə beynəlxalq birliyin diqqəti beynəlxalq humanitar hüququn müddəalarına hörmət və onlara riayət olunması, silahlı münaqişələr şəraitində insanların itkin düşməsi hallarının qarşısının alınması, itkin düşmüş şəxslərin axtarışı üzrə bütün zəruri tədbirlərin görülməsi, o cümlədən beynəlxalq öhdəliklərə müvafiq olaraq onların taleyinin müəyyən edilməsi üçün əməkdaşlıq üzərində cəmləşdirilir.

Aprelin 3-5-də Bakıda Qoşulmama Hərəkatının üzvü olan ölkələrin nazirlərinin konfransı keçirilib. Konfransın nəticələrinə əsasən qəbul edilmiş yekun sənədində və Bakı Bəyannaməsində Azərbaycanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair mövqeyinə birgə dəstək ifadə olunub. Avropa Parlamenti dekabrın 12-də “Aİ-nin xarici siyasət və təhlükəsizlik sahəsində ümumi xarici siyasətinin reallaşması haqqında” qətnamə qəbul edib. Qətnamə mövcud münaqişələrin ərazi bütövlüyü, suverenlik və beynəlxalq miqyasda tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri əsasında tənzimlənməsini təsdiq edib.

Nazir beynəlxalq birliyin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə birmənalı dəstəyinin artdığını xüsusi vurğulayaraq deyib: “Bizim ardıcıl səylərimiz nəticəsində “beynəlxalq miqyasda tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünün dəstəklənməsi” formulundan diplomatiya leksikonunda geniş istifadə olunmağa başlanıb”.

Azərbaycan XİN-in başçısı qeyd edib ki, beş Xəzəryanı ölkənin liderləri tərəfindən 2018-ci ilin avqustunda imzalanmış Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya dövlətlərin əməkdaşlıq etməsi üçün unikal imkanlar açıb. Nazir vurğulayıb: “Konvensiyanın imzalanması sözün həqiqi mənasında beş sahilyanı dövlətin xoş məramını nümayiş etdirən tarixi hadisə olub. Ölkəmiz üçün bu sənədin əsas əhəmiyyəti bundan ibarətdir ki, o, dənizin zəngin təbii ehtiyatlarından istifadə olunması üçün sahilyanı dövlətlərin suveren və müstəsna hüquqlarını müəyyən edir. Beləliklə, Konvensiya neft-qaz sənayesi sahəsində, habelə dənizdə digər təsərrüfat-iqtisadi fəaliyyətin həyata keçirilməsi sahəsində müxtəlif layihələrin reallaşdırılmasının ardıcıllığını və təhlükəsizliyini təmin edir. O, dəniz gəmiçiliyinin sərbəstliyi və təhlükəsizliyi üçün şərait yaradır. Bu da Xəzər dənizində ticarətin və ölkələrimizin iqtisadiyyatlarının inkişafında mühüm rol oynayır. Nazir əlavə edib ki, tarixən Xəzərdə iri layihələrin həyata keçirilməsində cığıraçan ölkə olan Azərbaycan sahilyanı dövlətlərlə əməkdaşlığı bundan sonra da genişləndirməyi planlaşdırır.

E. Məmmədyarov belə bir faktı diqqətəlayiq adlandırıb ki, ölkəmiz 2019-2022-ci illər ərzində Qoşulmama Hərəkatına başçılıq etmək şərəfinə çox qısa müddətdə layiq görülüb. Diplomat deyib: “Qoşulmama Hərəkatının üzvü olan ölkələrin nazirlərinin ötən ilin aprelində Bakıda keçirilən konfransının yekun sənədində bizim xarici siyasət sahəsində bir sıra təşəbbüslərimizə dəstək ifadə olunub, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinə müvafiq olaraq Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində nizamlanmasının zəruriliyi vurğulanıb. Ölkəmizin Qoşulmama Hərəkatında sədrliyi bizim mövqeyimizin dünyaya çatdırılmasına əlavə imkanlar yaradacaq. Təşkilatın 120 üzvü BMT-nin üzvü olan dövlətlərin üçdəiki hissəsini təşkil edir ki, bu da bu və ya digər qərarın qəbul edilməsinə təsir göstərməyə imkan verir. Bununla belə, Hərəkatda sədrlik ölkəmiz tərəfindən irəli sürülən yeni təşəbbüslərin önə çəkilməsi üçün rahat format ola bilər, onların reallaşdırılması isə dünyada Azərbaycanın siyasi nüfuzunun artmasının rəhni olacaq”.

Elmar Məmmədyarov Rusiya agentliyinə müsahibəsində ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığı mövzusuna da toxunub. Azərbaycanın Avropa İttifaqı ilə bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərini inkişaf etdirmək istədiyini qeyd edən nazir deyib: “Tərəfdaşlığımızın sonuncu ili Aİ ilə əməkdaşlıq gündəliyinin irəli çəkilməsi baxımından çox məhsuldar oldu. Odur ki, mən diqqəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının sədri Donald Tuskun iştirakı ilə ötən il iyulun 11-də Brüsseldə paraflanan və yekun olaraq oktyabrın 15-də “Şərq Tərəfdaşlığı” ölkələri nazirlərinin Lüksemburq görüşü çərçivəsində təsdiq edilən Azərbaycan və Aİ arasında “Tərəfdaşlıq prioritetləri” sənədi üzərində cəmləşdirmək istəyirəm.

Aİ və Azərbaycan arasında yeni hərtərəfli sazişə dair danışıqlar prosesinin davam etdiyini diqqətə çatdıran diplomat deyib: “Təbii ki, buna müəyyən vaxt lazımdır, çünki bizə də, Aİ-dən olan tərəfdaşlarımıza da ikitərəfli münasibətlərin hüquqi əsaslarını təşkil edəcək, Azərbaycan ilə Aİ arasında qarşılıqlı tərəfdaşlığı müxtəlif istiqamətlərdə uzun müddətə möhkəmləndirəcək ciddi və keyfiyyətli saziş lazımdır. Viza rejiminin sadələşdirilməsi haqqında sazişə gəlincə isə xatırlatmaq istərdim ki, bu saziş artıq bir neçə ildir qüvvədədir. Onun məntiqi davamı Aİ ilə viza rejiminin tam ləğv edilməsi ola bilər. Yəni söhbət viza rejiminin liderallaşdırılmasından gedir. Lakin bu, müəyyən vaxt tələb edir”.

Fəridə Abdullayeva

AZƏRTAC –ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Təsisçi Bakı Fransız Liseyi Təhsil Kompleksinin ləğv olunmasının səbəbini açıqlayıb

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb

Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ

BMU tələbələri ev heyvanlarının məsafədən qidalanmasına imkan verən cihaz hazırlayıblar

Azərbaycanın Rumıniya ilə hazırladığı layihə NATO tərəfindən təsdiqlənib

Azərbaycanın Baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti seçilib

BŞTİ: Bakı Fransız Liseyində təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi təmin edilə bilər