SİYASƏT


Azərbaycanın xarici işlər naziri Norveçin yeni səfiri ilə görüşüb

Bakı, 2 sentyabr (AZƏRTAC). Sentyabrın 2-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Norveçin ölkəmizdə təyin olunmuş yeni səfiri Bard İvar Svendsen ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkə arasında əlaqələrin mövcud inkişaf səviyyəsindən, xüsusilə enerji sahəsində uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub.

Elmar Məmmədyarov səfiri yeni təyinatı münasibətilə təbrik edib, ona gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Səfir Bard İvar Svendsen iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə Azərbaycan ilə Norveç arasında siyasi dialoqun daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.