SİYASƏT
Azərbaycanın xarici işlər naziri Rusiyada səfərdə olacaq
Bakı, 3 mart, AZƏRTAC
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov martın 5-7-də Rusiya Federasiyasında rəsmi səfərdə olacaq.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində Elmar Məmmədyarovun rusiyalı həmkarı Sergey Lavrovla və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.
Həmçinin Elmar Məmmədyarovun Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında diplomatik əlaqələrin qurulması münasibətilə təşkil ediləcək sərginin açılış mərasimində iştirakı, Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında çıxışı və digər tədbirlərə qatılması planlaşdırılıb.