SİYASƏT


Azərbaycanın xarici işlər naziri Türkiyə Maarif Fondunun sədri ilə görüşüb

Bakı, 28 iyun, AZƏRTAC

İyunun 28-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Maarif Fondunun sədri Birol Akgün ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, nazir Ceyhun Bayramov Azərbaycan ilə qardaş Türkiyə arasında mövcud olan yüksək səviyyəli münasibətlərin bütün istiqamətlər üzrə inkişaf etdiyini və qarşılıqlı səfərlərin dinamikasının bu inkişafın bariz göstəricisi olduğunu bildirib. Türkiyə ilə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əlaqələrin inkişaf etdiyi qeyd olunub, bu xüsusda iyunun 27-də yeni bir format olan Azərbaycan, Qazaxıstan, Türkiyə xarici işlər və nəqliyyat sahəsi üzrə məsul nazirlərin birinci görüşünün uğurla keçirildiyi qeyd edilib. Əlaqələrin genişlənməsinin regional sülh və tərəqqiyə müsbət töhfə verdiyi vurğulanıb.

Birol Akgün Azərbaycan ilə təhsil sahəsində uğurla davam edən əməkdaşlığı qeyd edib, gələcək fəaliyyət planları barədə məlumat verib. Azərbaycanın Təhsil Nazirliyi ilə həyata keçirilən uğurlu birgə fəaliyyətin gələcəkdə də davam etdirilməsində maraq ifadə edilib.

Tərəflər ikitərəfli əməkdaşlıq gündəliyinin qarşılıqlı maraq doğuran məsələləri üzrə fikir mübadiləsi aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.