SİYASƏT
Azərbaycanın xarici işlər naziri Türkiyəyə işgüzar səfər edəcək
Bakı, 9 dekabr, AZƏRTAC
Dekabrın 10-da Qars şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərliyi ilə nümayəndə heyəti görüşdə iştirak etmək üçün Türkiyəyə işgüzar səfər edəcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində Elmar Məmmədyarovun görüşdə çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.