SİYASƏT
Azərbaycanın xarici işlər naziri türkiyəli həmkarı ilə cari regional vəziyyətə dair fikir mübadiləsi aparıb
Bakı, 23 avqust, AZƏRTAC
Avqustun 23-də Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, telefon danışığı zamanı nazirlər cari regional vəziyyət və ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar. Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq istiqamətləri, habelə beynəlxalq platformalarda fəaliyyət məsələləri müzakirə edilib.