SİYASƏT


Azərbaycanın xarici işlər nazirinin Türk Şurasının Baş katibi ilə telefon danışığı olub

Bakı, 18 may, AZƏRTAC

Mayın 18-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi (Türk Şurası) Bağdad Amreyev ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, tərəflər Azərbaycanın Türk Şurası ilə əməkdaşlığı məsələləri, o cümlədən təşkilatın qarşıdan gələn görüş və tədbirləri barədə fikir mübadiləsi aparıblar.

Türk Şurasına üzv ölkələrin bu ilin payızında keçiriləcək Zirvə görüşünə hazırlıq məqsədilə keçiriləcək görüşlər, o cümlədən yüksək səviyyəli nümayəndələr komitəsinin toplantısı və xarici işlər nazirlərinin görüşü müzakirə olunub.

Telefon söhbətində, həmçinin təşkilatın gələcək inkişafı məsələləri ətrafında müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.