SİYASƏT


Azərbaycanın xarici işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Sofiyaya səfərə yola düşüb

Bakı, 30 oktyabr, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Sofiyaya rəsmi səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyətinə Milli Məclisin, Energetika Nazirliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təmsilçiləri daxildir.

Səfər çərçivəsində Elmar Məmmədyarovun Bolqarıstanın yüksək səviyyəli rəsmiləri ilə görüşü, eləcə də Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında Strateji Dialoqun birinci iclası keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.