SİYASƏT


Azərbaycanın xarici işlər və müdafiə nazirlərinin müavinləri Rusiyanın ölkəmizdəki səfirliyində olub, başsağlığı veriblər

Bakı, 10 noyabr, AZƏRTAC

Noyabrın 10-da Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov və müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinə gedərək noyabrın 9-da Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Rusiya Federasiyasına məxsus “Mi-24” hərbi helikopterinin vurulması nəticəsində yaşanan faciəvi hadisə ilə bağlı başsağlığı veriblər.

Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.