ELM VƏ TƏHSİL
Azərbaycanın yenidən müstəqilliyinə qovuşmasında müdrik siyasi xadim Heydər Əliyevin böyük rolu olub
Bakı, 13 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Pedaqoji Kollecdə ulu öndər Heydər Əliyevin xatirəsini anma gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının nümayəndələri, qonaqlar, müəllim və tələbələr iştirak ediblər.
Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.
Kollecdən AZƏRTAC-a bildiriblər ki, bu təhsil müəssisəsinin direktoru Qulu Novruzov Azərbaycanın böyük qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan tədbirin əhəmiyyətindən, Ulu Öndərin Vətən, xalq qarşısında misilsiz xidmətlərindən danışıb.
YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Azərbaycanın yenidən müstəqilliyinə qovuşmasında müdrik siyasi xadim Heydər Əliyevin böyük rolunu xüsusi qeyd edib.
Kollecin müəllimlərindən Hümeyrə Nadirinin “Müasir Azərbaycan tarixinin yaradıcısı”, Gülnarə Sadıqovanın “Heydər Əliyev və Azərbaycan” mövzularında məruzələri dinlənilib.
Tələbələr Ulu Öndərə həsr olunan şeirlər söyləyib, mahnılar oxuyub, ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.
Məşhur siyasətçilərin görkəmli dövlət xadimi Heydər Əliyev haqqında söylədikləri fikirlər səsləndirilib.