İDMAN


Azərbaycanın yeniyetmə həndbolçuları gürcüstanlı həmyaşıdları ilə yoldaşlıq oyunları keçiriblər

Bakı, 24 may, AZƏRTAC

Azərbaycanın 2002-2003-cü il təvəllüdlü qızlardan ibarət milli komandası Gürcüstanın Telavi şəhərində yoldaşlıq oyunları keçirib.

Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a bildirilib ki, yeniyetmə həndbolçularımız gürcüstanlı həmyaşıdları ilə üç dəfə üz-üzə gəliblər. Qarşılaşmaların ilk ikisi tərəflərin cəhdlərinə baxmayaraq, bərabərliklə yekunlaşıb - 21:21 və 29:29. Üçüncü oyunda isə təmsilçilərimiz 31:27 hesabı ilə qalib gəliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.