İDMAN


Azərbaycanın yeniyetmə qılıncoynadanları Macarıstanda beynəlxalq turnirdə iştirak ediblər

Bakı, 6 oktyabr, AZƏRTAC

Azərbaycanın qılıncoynatma idman növü üzrə şpaqaçıları Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən yeniyetmələrin beynəlxalq “Cadet Circuit” turnirində iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, qızların şəxsi yarışında Nazilə Rəhimova, Alfiya Abdinova, Xədicə Həsənli və Aynur Quliyeva qrup mərhələsini uğurla adlayaraq pley-offa yüksəlib. Nəzrin Mehdiyeva isə mübarizəni erkən dayandırıb. Pley-offda ardıcıl 3 qələbə qazanan N.Rəhimova səkkizdəbir finalda Rusiya təmsilçisi Anna Maksimenkoya 8:15 hesabı ilə uduzaraq 160-dan çox iştirakçı arasında 16-cı olub. Pley-offa yüksələn digər şpaqaçılarımız isə ilk görüşdə məğlub olaraq çıxışını başa vurub. Komanda yarışında isə qız şpaqaçılarımız Ukraynanın 3-cü komandasına 39:45 hesabı ilə uduzub.

Oğlanların şəxsi mübarizəsində isə Orxan Həsənli və Raul Aruslanov qrup mərhələsini adlasa da, pley-offda keçirdikləri ilk görüşdə məğlub olub.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.