Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Azərbaycanın yol infrastrukturu öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur

Bakı, 22 fevral (AZƏRTAC). Ölkəmiz əsaslı yeniləşmə, sürətli inkişaf yolundadır. Son illər iqtisadiyyatın yüksək inkişaf tempinə görə Azərbaycan regionun lider dövlətinə çevrilmişdir. Əldə olunan möhtəşəm nailiyyətlərin, xüsusən də uğurlu iqtisadiyyatın təməlində ümummilli liderimiz Heydər Əliyevin uzaqgörənliklə işləyib hazırladığı və mərhələ-mərhələ reallaşdırdığı ümumi inkişaf konsepsiyası dayanır.

Hər bir dövlətin iqtisadi potensialı, gücü və qüdrəti onun malik olduğu nəqliyyat-kommunikasiya kompleksini inkişaf səviyyəsi ilə ölçülür. Bu reallığı yüksək qiymətləndirən ümummilli liderimiz digər sahələrlə paralel olaraq nəqliyyat sisteminin inkişafına da xüsusi diqqət və qayğı göstərirdi.

Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, nəqliyyat sahəsində də geniş islahatlar aparıldı. Bunun ən bariz nümunəsi 1998-ci il avqustun 5-də Nəqliyyat Nazirliyinin təsis edilməsi, 2003-cü il iyunun 23-də isə nazirliyin tərkibində “Yolnəqliyyatservis” Departamenti Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması və fəaliyyətinin təmin edilməsi olmuşdur.

Ulu öndərin siyasi xəttinin layiqli davamçısı dövlətimizin başçısı İlham Əliyev 2003-cü ildə Prezident seçildikdən sonra nəqliyyat sahəsində ardıcıl və sistemli tədbirlər həyata keçirilməyə başlanıldı. Dövlətimizin başçısının 2007-ci il 22 fevral tarixli Sərəncamı ilə Nəqliyyat Nazirliyi “Yolnəqliyyatservis” Departamenti Məhdud Məsuliyyətli Cəmiyyətinin təşkilati-hüquqi forması dəyişdirilərək, nazirliyin tabeliyində “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin yaradılması ölkənin yol infrastrukturunun öz inkişafının yeni mərhələsinə qədəm qoyması istiqamətində mühüm addım oldu.

Bu gün inamla deyə bilərik ki, Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğı yol-nəqliyyat sektorunun dinamik inkişafı üçün böyük imkanlar yaratmışdır. Dövlətimizin başçısının respublikamıza rəhbərlik etdiyi illər ərzində bu sahədə baş vermiş dəyişikliklərlə yanaşı, böyük nailiyyətlər də əldə olunmuşdur.

Ölkənin ümumi istifadədə olan 18 min 986 kilometr avtomobil yolunun 17 min 513 kilometrinə məhz “Azəryolservis” ASC tərəfindən xidmət göstərilir. Onun 4 min 366 kilometri respublika, 13 min 147 kilometri yerli əhəmiyyətlidir. Bakı şəhəri ərazisində olan yollar, prospektlər və küçələrin ümumi uzunluğu isə 1525 kilometr təşkil edir.

Reallaşdırılan layihələrin həyata keçirilməsində müasir texnikalardan istifadə də mühüm amillərdəndir. Bu məqsədlə ASC tərəfindən son 9 ildə avtomobil yollarının tikintisində və təmirində istifadə üçün 2928 müxtəlif təyinatlı nəqliyyat vasitəsi, yol tikinti maşınları, avadanlıq və qurğular alınmışdır. Eyni zamanda, ümumi gücü saatda 2120 tondan çox olan 32 asfalt-beton zavod istifadəyə verilmişdir. Təsadüfi deyildir ki, 2003-2012-ci illər ərzində respublikada tikilən, yenidən qurulan və təmir olunan yolların uzunluğu 6 min 845 kilometrdən artıq olmuşdur. Bu müddətdə ümumi uzunluğu 19 min 172 paqonmetr olan 178-ə yaxın körpü tikilərək istifadəyə verilmişdir. Xatırlatmaq yerinə düşər ki, 2003-cü ilədək olan son 100 il ərzində respublikanın avtomobil yollarında tikilmiş körpülərin ümumi uzunluğu 40,2 kilometr olmuşdur.

Son illər respublika və yerli əhəmiyyətli yollarda da böyük həcmli təmir-tikinti işləri görülmüş, hətta uzaq dağ kəndlərinə müasir yollar çəkilmişdir. Demək olar ki, ölkənin bütün regionlarını və yaşayış məntəqələrini birləşdirən yolların rahatlığı üçün konkret tədbirlər həyata keçirilmişdir.

Biləsuvar-İran sərhədi, Lənkəran-Lerik, Masallı-Yardımlı, Gəncə-Daşkəsən-Xoşbulaq, Quba-İspik-Xınalıq, Şamaxı-Pirqulu, Tovuz-Əlibəyli, Şəmkir-Gədəbəy, İsmayıllı-Qəbələ, Xaldan-Mingəçevir, Ağdaş-Ləki, Quba-Qəçrəş-Qımılqazma, Qusar-Əniğ-Ləzə, Qazaxbəyli-Aşağı Salahlı, Yevlax-Xocalı-Laçın yolunun Yevlaxdan Bərdəyədək olan hissəsinin yenidən qurulması, İsmayıllı-Lahıc, Cəlilabad-Yardımlı, Bəhrəmtəpə-Biləsuvar, Şamaxı-Göylər çöl-Padar, Şəki-Qax, Ağstafa-Poylu, Quba-Qusar, Bərdə-İstisu yolunun Bərdə-Tərtər hissəsində tikinti işlərinin davam etdirilməsi dövlətin bu sahəyə diqqətinin bariz nümunəsidir.

Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dünya əhəmiyyətli “İpək yolu” layihəsinin reallaşdırılması istiqamətində Prezident İlham Əliyev tərəfindən uğurlu addımlar atılmışdır. Həmin layihə “Şərq-Qərb nəqliyyat dəhlizi”nin Azərbaycandan keçən hissəsi olmaqla, Avropa-Asiya və Yaxın Şərq ölkələri ilə, həmçinin respublika ərazisində nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynayır. Artıq Bakıdan Gürcüstan sərhədinədək 513 kilometr məsafəni əhatə edən magistralın Bakı-Ələt hissəsinin yenidən inşa edilmiş 4-14-cü kilometrlik sahəsinin, Ələt-Hacıqabul, Hacıqabul-Kürdəmir, Kürdəmir dairəvi, Kürdəmir-Ucar, Ucar-Yevlax, Yevlax-Gəncə, Gəncə-Qazax, Qazax-Gürcüstan ilə dövlət sərhədi hissələrinin dövlətimizin başçısının iştirakı ilə açılışı olmuşdur. Hazırda yolun Bakı-Ələt, Gəncə dairəvi hissələri ilə yanaşı, Yevlax-Gəncə, Hacıqabul-Kürdəmir hissələrinin əlavə 2 hərəkət zolağı tikilməklə, 1-ci texniki dərəcəyə çatdırılması işləri davam etdirilir.

Bakını Rusiya dövlət sərhədi ilə birləşdirən avtomobil yolu hərəkətin intensiv olduğu magistrallardan biri sayılır. “Şimal-Cənub nəqliyyat dəhlizi”nin tərkib hissəsi olan bu magistral Avropa və Asiya marşrutlarına daxil olmaqla, respublikanın şimal sərhədinə çıxışı təmin edir. Ümumi uzunluğu 208 kilometr olan magistralın artıq 6-16-cı kilometr hissəsi asfalt-beton , 16-134-cü kilometr hissəsi sement-beton örtüklü olmaqla yenidən qurulmuş, eyni zamanda, magistralın 28-45-ci (Sumqayıt dairəvi), 131-165-ci kilometrlik (Gəndov-Quba) hissələrinin, 11-ci və 16-cı kilometrlərində yol qovşaqlarının, Masazır dairəsində yol ötürücüsünün və Dəvəçi çayı üzərində uzunluğu 540 paqonmetr olan körpünün tikintisi işləri başa çatdırılmışdır. Gəndov-Samur-Rusiya Federasiyası ilə dövlət sərhədi hissəsinin (59,6 km) 4 zolaqlı hərəkət üçün yeni trassa üzrə tikintisi işləri hazırda davam etdirilir.

Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçən hissələrinin əsasını təşkil edən Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi, Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yollarını əlaqələndirən və tranzit daşımaları üçün müstəsna əhəmiyyət kəsb edən H.Z.Tağıyev-Sahil avtomobil yolunun 2 zolaqlı olmaqla yenidən qurulmasına başlanılmışdır. Bu yol respublikanın cənub və qərb istiqamətlərindən gələn nəqliyyat vasitələrinin Bakı şəhərinə daxil olmadan Bakı-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 36-cı kilometrinə çıxışını təmin etməklə, hər iki istiqamətdə məsafəni 100 kilometrədək qısaldacaqdır.

Dövlətimizin başçısının sərəncamı ilə daha bir beynəlxalq əhəmiyyətli Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi (M-3) avtomobil yolu da yenidən qurulur. Paytaxtı İran sərhədi ilə birləşdirəcək bu magistralın 0-9-cu və 9-31-ci kilometrlik sahələri və Biləsuvar dairəvi adlanan 10,6 kilometrlik hissəsi Prezident İlham Əliyevin iştirakı ilə istismara verilmişdir. Hazırda magistralın Yenikənd-Salyan, Salyan-Şorsulu, Masallı-Astara hissələrinin, Salyan şəhərinin Çuxanlı kəndi ərazisində Kür çayı və Masallı-Lənkəran sahəsində Lənkəran çayı üzərindəki körpü keçidlərinin tikintisi işləri gedir.

Respublikanın yol şəbəkəsində mühüm rol oynayan və iri həcmli tikinti materialları yataqlarına məxsus regionda yük daşımalarında vacib əhəmiyyət daşıyan Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolu ölkənin cənub və cənub-qərb ərazilərində nəqliyyatın inkişafında çox mühüm əhəmiyyət kəsb edir. Hazırda magistralın Hacıqabul-Bulaqlı, Bulaqlı-Bəhrəmtəpə hissələrində tikinti işləri davam etdirilir.

Zəngin təbii-coğrafi üstünlüklərə və turizmin inkişafı üçün müstəsna əhəmiyyətə malik regionda iqtisadiyyatın və ümumilikdə nəqliyyat sisteminin daha səmərəli işləməsinə imkan verən magistrallardan biri də Bakı-Şamaxı-Yevlax (M-4) avtomobil yoludur. Tikinti işləri çərçivəsində yolun 119 kilometri 2009-cu ilin noyabr ayında istismara verilmişdir. Hazırda yolun 15-45-ci kilometrlik sahəsinin əlavə 2 hərəkət zolağı tikilməklə, 1-ci texniki dərəcəyə çatdırılması və ümumi uzunluğu 144,8 kilometr təşkil edən Muğanlı-Yevlax hissəsinin inşası həyata keçirilir.

Bakıda nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər planının, Bakı şəhəri qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Dövlət Proqramının icrası paytaxtın yol infrastrukturunda görülən işlərin sürətlə inkişaf etdirilməsinin bünövrəsini qoymuşdur. Məhz bunun nəticəsidir ki, bu sahədə qarşıya çıxan hər bir çətinlik dövlətimizin başçısı səviyyəsində həllini tapır. Zabrat-Balaxanı-Mehdiabad-Xırdalan-Binqədi, Zığ dairəsi-hava limanı, Böyük Şor - hava limanı, Azadlıq meydanı-Zığ dairəsi, Bakı dairəvi-1, Baki-Ələt yolunun 2-4-cü kilometri, şəhər şosesinin Sabunçu qovşağından Zabrat dairəsinədək olan hissəsi və digər prospekt və küçələrdə aparılan tikinti və yenidənqurma işləri artıq avtomobillərin maneəsiz və təhlükəsiz hərəkətinə imkan yaratmışdır.

Paytaxtın yol infrastrukturunun yeniləşdirilməsi məqsədilə yeni yol qovşaqlarının, piyada keçidlərinin tikintisi işləri də uğurla davam etdirilmişdir. Dövlətimizin başçısının “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci və 2008-2013-cü illər üzrə Tədbirlər Planının təsdiq edilməsi haqqında sərəncamları bu istiqamətdə çox mühüm addımdır. Buna uyğun olaraq, əsasən paytaxtda nəqliyyatın intensiv olduğu müxtəlif ərazilərdə yol qovşaqlarının və piyada keçidlərinin inşasına başlanılmış və ilk körpü 2006-cı ilin dekabr ayının 22-də istifadəyə verilmişdir. Tikintisinə 2006-cı ilin mart ayında başlanılmış və vaxtından 8 ay tez istismara verilən Tbilisi prospekti ilə Salamzadə küçəsinin kəsişməsindəki yol qovşağı isə bu ərazidə olan avtomobil tıxaclarının qarşısını almaqda mühüm rol oynayır.

Ümumiyyətlə, Prezident İlham Əliyevin təsdiqlədiyi proqram çərçivəsində 2006-2011-ci illər ərzində 37-yə yaxın yol qovşağı müasir tələblər səviyyəsində inşa olunaraq istifadəyə verilmişdir.

Paytaxtın yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə görülən silsilə tədbirlərin davamı olaraq hazırda Bilgəh-Novxanı-Sumqayıt, Buzovna-Mərdəkan-Qala, Qala-Şüvəlan-Pirallahı, Zabrat-Maştağa-Buzovna, Zabrat-Pirşağı, Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Aeroportu avtomobil yolundan Qala stansiyasına və “Sahil”ə gedən avtomobil yollarının, “Qələbə” meydanında, Ziya Bünyadov prospektinin Əbdül Vahab Salamzadə, Alı Mustafayev, Hüseynbala Əliyev, Əhməd Rəcəbli, Böyük Şor, Müzəffər Nərimanov küçələri ilə kəsişməsində müxtəlif səviyyəli yol qovşaqlarının, Babək prospektində, Müzəffər Nərimanov və 5-ci Köndələn küçələrinin Heydər Əliyev prospekti ilə kəsişməsində, Atatürk prospektində, Alı Mustafayev küçəsində, “3 mikrorayon bazarı”nın qarşısında piyada keçidlərinin tikintisi işləri sürətlə davam etdirilir.

Qeyd etmək lazımdır ki, ötən müddətdə Bakı şəhərində tikilən və yenidən qurulan piyada keçidlərinin sayı 63-ə çatdırılmışdır. Avtomobillərin hərəkətinin intensiv olduğu ərazilərdə yeni salınan keçidlər piyadaların təhlükəsiz hərəkətinə şərait yaratmaqla yanaşı, gözoxşayan dizaynı, ən müasir avadanlıqla təchizat baxımından paytaxt üçün çox mühüm yenilikdir.

Həyata keçirilən layihələr sırasında respublikamız üçün böyük əhəmiyyət kəsb edən, dünyanın 100 layihəsi siyahısına daxil edilmiş Bakı-Tbilisi-Qars dəmir yolunun tikinti layihəsi də vardır. Prezident İlham Əliyevin iradəsi ilə həyata keçirilən, Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirəcək dəmir yolu xətti layihəsinin nəzərdə tutulan vaxtda başa çatdırılması üçün tikinti işləri uğurla davam etdirilir.

Dəmir yolu layihəsinin Marabda-Kartsaxi hissəsində tikinti işlərini sürətləndirilməsi məqsədilə 2011-ci ilin iyulunda Gürcüstanda “Azəryolservis” ASC-nin filialı yaradılmışdır. İşlərin daha da səmərəliyini təmin etmək üçün layihə 4 mərhələ üzrə - Marabda-Tetritskaro, Tetritskaro-Tsalka, Tsalka-Axalıkalaki, Axalkalaki-Kartsaxi hissələrində aparılır. Ərazidə hökm sürən əlverişsiz hava şəraitinə baxmayaraq çətin təbii relyefdən, dağlıq və meşəlik ərazilərindən keçən yolun tikintisi tərtib olunmuş gərgin iş qrafikinə uyğun olaraq demək olar ki, bütün gün ərzində həyata keçirilir.

Azərbaycanın yol infrastrukturunun yenidən qurulması işləri bununla yekunlaşmır. Növbəti illərdə nəzərdə tutulan işlər daha böyükdür. Ölkənin yol sahəsinin işçilərini cari ildə Bakı şəhərində müxtəlif səviyyəli yol qovşaqlarının, piyada keçidlərinin tikintisi, qəsəbə və kənd əraziləri də daxil olmaqla yolların, prospektlərin və küçələrin təmiri, ümumi istifadədə olan ölkə əhəmiyyətli avtomobil yollarının reabilitasiyası və yenidən qurulması, yerli əhəmiyyətli yolların tikintisi, əsaslı təmiri, yeni körpülərin inşası üzrə mühüm vəzifələr gözləyir.

Ceyhun Rüstəmov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

Azərbaycanda iqlim dəyişikliyi ilə bağlı məlumatların çatdırılması üçün portal hazırlanır

Avropanın məşhur futbol funksioneri "Neftçi"nin idman direktoru təyin olunub

Mirsalam Qənbərov: Bəzən agentliyə 500-dək qurumuş ağacın götürülməsi ilə bağlı müraciət daxil olur

Bakıda İƏT üzvü olan Ölkələrin Milli Kitabxanalarının Direktorlar Şurasının 6-cı iclası keçirilib

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsi virtual “ƏDV geri al” hesabına köçürüləcək

Pakistanlı senator çətin dövrlər keçirən ölkələrə dəstəyinə görə Azərbaycana təşəkkür edib

Daxili İşlər Nazirliyi əhaliyə göndərilən saxta mesajlarla bağlı müraciət edib

AAYDA-nın sədri Masallıda vətəndaşların müraciətlərini dinləyib

Vurğun Hüseynov: Etiraf edirəm ki, komanda daxilində çatışmazlıqlar var

Milli Kitabxanada “Türk dünyası ədəbiyyatının tərlanları” mövzusunda beynəlxalq konfrans işə başlayıb

Vətən müharibəsi şəhidi Bilal Qənbərovun xatirəsi anılıb

Azərbaycan və Türkiyə hərbi hüquqşünaslarının görüşü keçirilib

Ekspert: Azərbaycan 24 saatlıq antiterror tədbirləri ilə dünyada yeni nümunə yaratdı

“Taxt Oyunları” kiber yarışına start verilib

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tədbirlər QHT-lərin daim diqqətindədir - ŞƏRH

Əlilliyi müəyyən edilmiş uşaqların cəmiyyətə inteqrasiyası üçün tədbirlər görülür

Gülnarə Xəlilovanın üç kolleksiyası Özbəkistan və Qazaxıstanda təqdim olunacaq

Ədəbiyyat İnstitutunun alimlərinin məqalələri İraqda çap olunub

Azərsu: İşğaldan azad olunmuş ərazilərdən götürülmüş 7 su nümunəsi üzrə 327 analiz aparılıb

Bakıdakı Rus evində Müəllim gününə həsr olunmuş konsert keçiriləcək

Xəzər Universiteti Avropanın ən yaxşı 400 universiteti sırasındadır

İtaliyalı jurnalist: Azərbaycan öz ərazisinin beynəlxalq səviyyədə tanınmış hissəsində suverenliyini təsdiqlədi

Ali Məhkəmə Elmi-məsləhət şurasının iclasında iştirak etmək istəyən hüquqşünaslara müraciət edib

Səkkiz ayda istehlakçılara 4,9 milyard kubmetr qaz satılıb

İRİA-nın rəsmisi: “Super portal” layihəsi üzərində müxtəlif dövlət qurumları ilə birlikdə işləyirik

Vatikanın dövlət katibi: Avropa Aralıq dənizindəki miqrasiya probleminin həlli üçün birləşməlidir

Dünya Bankı ilə yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlanması müzakirə edilib

® “Azercell”in dəstəklədiyi milli komanda Yeniyetmələrin Avropa İnformatika Olimpiadasından Vətənə nailiyyətlə dönüb

Bakı Böyük Dəbilqə turniri: Azərbaycan cüdosunun maskotu təqdim olunub

Pambıqçılığın inkişaf etdirilməsi məqsədilə dünyanın ən qabaqcıl təcrübələri öyrənilir

Livanlı müəllim və şagirdlər ölkəmizə səfər ediblər

® “Kapital Bank”ın təşəbbüsü ilə “Data Talks” tədbiri baş tutdu

Salyanda mikroavtobus su kanalına düşüb, bir nəfər ölüb VİDEO

Macarıstan telekanalının efirində Qarabağda lokal xarakterli antiterror tədbirlərindən danışılıb

Ermənistanın sabiq prezidentinin polis tərəfindən döyülən oğlu xəstəxanaya aparılıb

Şirvanda Anım Günü ərəfəsində şəhid ailələri ziyarət olunub

Xalça Muzeyində “Xalçalarda musiqi” adlı sərgi davam edir

AZƏRTAC və Çinin Sinxua xəbər agentliyi əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəlib VİDEO

BDU-nun əməkdaşları şəhid Nicat Əhmədovun məzarını ziyarət ediblər

“Sosial sığorta ödəmələrinin hesablanması üzrə kalkulyator” e-xidməti istifadəyə verilib

Estoniyanın nümayəndə heyəti məşğulluq sahəsində Azərbaycan təcrübəsi ilə tanış olub

Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş beynəlxalq konfransın tezisləri çap olunub

ADAU-da Beynəlxalq Ərzaq, Kənd Təsərrüfatı və Baytarlıq Elmləri üzrə VI beynəlxalq konfrans keçirilib

MDU-da “Tyutor xidməti” təlimləri başa çatıb

Rəsədxana: Payız fəsli Azərbaycana sentyabrın 23-də saat 10:49-da daxil olacaq

Səkkiz ayda Qəbələdə 9,1 milyon manatlıq sənaye məhsulu ixrac olunub

Macarıstan Aİ-nin Azərbaycanla bağlı birgə bəyanatına veto qoyub

Çin və Suriya strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb

Yaponiyada anomal isti səbəbindən 35 min nəfər xəstəxanaya yerləşdirilib

Azərbaycan Texnologiya Universiteti əməkdaşlıq əlaqələrini genişləndirir

2023-cü ilin Buker mükafatı üçün qısa siyahı elan edilib

Şuşa rayonu ərazisində mina hadisəsi baş verib

Sinqapur aeroportu sərnişinlərə pasportsuz səyahət imkanı yaradacaq

Bakı Böyük Dəbilqə turniri: Azərbaycanın iki cüdoçusu yarımfinala çıxıb

Serbiya Prezidenti Qərbi beynəlxalq hüququ pozmaqda ittiham edib

Milli Məclisdə Asiya Parlament Assambleyasında təmsil olunan bir sıra nümayəndə heyətləri ilə görüşlər keçirilib

Antiterror tədbirlərinin nəticəsi təsdiqlədi ki, Qarabağda yaşayan erməni əhalisi hədəf deyil – ŞƏRH

Antiterror tədbirləri Azərbaycan Silahlı Qüvvələrinin daha güclü olduğunu bir daha göstərdi - ŞƏRH

Əsl Avropa komandası - ŞƏRH

Azərbaycanın finala çıxmış güləşçisi: Çox həyəcanlı idim

Yaponiya Mərkəzi Bankı yumşaq pul siyasətini davam etdirəcək

Xarici KİV-lər Azərbaycanın keçirdiyi antiterror tədbirləri nəticəsində regionda yaranan vəziyyəti diqqət mərkəzində saxlayır

Yaşar Güler: Qarabağda aparılan antiterror tədbirlərinə Ermənistanın öhdəliklərini yerinə yetirməməsi səbəb olub

Arif Əsədov: “Molde” komandası “Qarabağ”dan bu performansı gözləmirdi

Qarabağda antiterror tədbirləri - qlobal miqyasda separatizmlə mübarizədə ən rasional addım - ŞƏRH

Hikmət Hacıyev: Reinteqrasiya istiqamətində irəli getmək üçün siyasi baxışımız var

Agentlik rəsmisi: Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində yerli məhsullar hazırlanır

Macarıstan Aİ-nin anti-Azərbaycan bəyanatının qəbulunu bloklayıb

Azərbaycan nefti dünya bazarında dəyər qazanmaqda davam edir – Ekspert

Türk Dövlətlərinin Həmkarlar İttifaqları Təşkilatı yaradılıb

Sabah əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir

Masallıda beş heyvan kəsimi və ət satışı məntəqəsində nöqsanlar aşkarlanıb

Cəlilabadda təhsil müəssisəsində külli miqdarda dövlət əmlakı mənimsənilib

“Azərxalça” ilə AZCHEMCO gübrə istehsalı şirkəti əməkdaşlıq edəcək

MDB ölkələrinin transfuziologiya məsələləri üzrə Ekspert şurasının iclası keçirilib

Diplomatik xidmətə işə qəbul imtahanının ikinci mərhələsində iştirak edəcək namizədlərin nəzərinə

Naxçıvana avtobus reyslərinin sayı artırılıb

Ordumuzun qısa vaxtda yazdığı uğur hekayəsi Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli olduğunu təsdiqlədi

Mil-Muğan regionu üzrə təhsil işçiləri imtahan verəcəklər

Azərbaycan Sığortaçılar Assosiasiyası Pakistan Sığortaçılar Assosiasiyası ilə əməkdaşlıq edəcək

Reza Deqatinin Vannda keçirilən sərgisi yerli ictimaiyyəti Azərbaycan həqiqətləri barədə məlumatlandırır VİDEO

BDU-da İsrail universitetlərinin təqdimatı olacaq

Bu gün bir çox ölkədə Ümumdünya Avtomobilsiz Günü qeyd olunur

MDU-da dəyirmi masa: “Əsrin müqaviləsi tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır”

Hərbi-siyasi ekspert: Azərbaycan BMT Təhlükəsizlik Şurasında erməni yalanlarını faktlarla ifşa etdi

Elçin İsmayılov: Qərbi Azərbaycanın onomastik vahidləri ilə bağlı iki kitab çap mərhələsindədir

Qəbələdə güclü dolunun törətdiyi fəsadlar aradan qaldırılır

Figaro: Polşa silah tədarükünü dayandırmaqla Ukraynaya zərbə vurub

Yerevanın mərkəzində kütləvi aksiyalar davam edir

Qaradağda anbardan 106 min manatlıq 84 noutbuk və kompüter avadanlıqları oğurlanıb

“Ana dili – Azərbaycan məktəbi” layihəsi onlayn dərslərə start verib

Azərbaycan dünyada sülhün bərqərar olmasına töhfə verməklə yanaşı, onun təşviqində də böyük rol oynayır

Rusiyada təhsil alan azərbaycanlı tələbələr “AMOR Əlaçı Təqaüdü”nü qazanıblar

Dünya Bankının regional direktoru: Azərbaycan əhəmiyyətli inkişafa nail olub

“Ah, bu uzun sevda yolu” tamaşası 50-ci dəfə nümayiş olunacaq

AMEA: “Elektron Akademiya” şöbəsi 268 məqaləyə DOİ identifikatoru verib

BMT-nin Baş katibi: Bəşəriyyət artıq “cəhənnəmin qapılarını” açıb

Bakıda “Kibertəhlükəsizlik günləri” çərçivəsində panel iclasları keçirilir

“Avrora” MMC-də qanvermə aksiyası keçirilib

Azərbaycan Tibb Universitetinin nəzdində Psixoloji Mərkəz yaradılıb