İQTİSADİYYAT


Azərbaycanla Aİ-nin imzalayacağı yeni saziş ikitərəfli ticarətin artmasında mühüm rol oynayacaq

Bakı, 13 iyun, AZƏRTAC

Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında hazırda müzakirəsi aparılan yeni saziş ikitərəfli ticarətin artmasında önəmli rol oynayacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.

Nazir müavini bildirib: "Sənəd Aİ ilə Azərbaycan arasında münasibətlərin qaydasını müəyyən edəcək. Burada biz beynəlxalq standartları tətbiq etməyə çalışırıq. Saziş Azərbaycanda rəğbətlə qarşılanır, Avropa da bu prosesdə maraqlıdır. Saziş Aİ-dən Azərbaycana, ölkəmizdən Avropa İttifaqına investisiyaların cəlbinə təsir göstərəcək. Həmçinin Azərbaycandan Aİ-yə ixrac edilən malların keyfiyyətini artıracaq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.