DÜNYA


Azərbaycanla Baltikyanı ölkələr arasında vaxt fərqi iki saat oldu

Vilnüs, 25 oktyabr, AZƏRTAC

Baltikyanı ölkələrdə oktyabrın 25-i saat 04:00-da bütün saatların əqrəbləri bir saat geri çəkilib, Latviya, Litva və Estoniya qış vaxtına keçib. Yay vaxtına keçid isə gələn ilin mart ayının sonuncu bazar günü olacaq.

AZƏRTAC xəbər verir ki, bununla da Azərbaycanla Baltikyanı ölkələr arasındakı vaxt fərqi iki saat olub.

Qeyd edək ki, saatın əqrəblərinin çəkilməsi Avropa Parlamenti ilə Avropa Şurasının yay və qış vaxtlarına dair direktivləri nəzərə alınmaqla həyata keçirilir və Avropa İttifaqına üzv bir çox ölkədə tətbiq edilir.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.