İQTİSADİYYAT


Azərbaycanla Banqladeşin enerji sahəsində əməkdaşlığının genişləndirilməsi imkanları müzakirə edilib

Bakı, 23 oktyabr, AZƏRTAC

Azərbaycanla Banqladeş arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir Pərviz Şahbazov Beynəlxalq Enerji Xartiyası Forumu çərçivəsində Bakıda səfərdə olan Banqladeşin Energetika və Mineral Ehtiyatlar üzrə dövlət naziri Nasrul Hamidlə görüşüb. Görüşdə ikitərəfli əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri, xüsusilə də enerji sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Enerji Xartiyası çərçivəsində əməkdaşlığın iki ölkə arasında münasibətlərin inkişafı üçün imkanlar yaratdığını qeyd edən nazir gələn il Beynəlxalq Enerji Xartiyası Konfransına Azərbaycanın sədrlik edəcəyini bildirib. Görüşdə enerji sahəsində əməkdaşlıqda SOCAR-ın mühüm rol oynadığı qeyd edilib. Banqladeşin neft-qaz yataqlarının işlənməsində SOCAR-ın təcrübəsindən istifadənin, həmçinin “SOCAR Trading S.A.” tərəfindən Banqladeş istiqamətində neft məhsullarının təchizatının davam etdirilməsinin əhəmiyyətindən bəhs olunub.

P.Şahbazov Azərbaycanın neft-qaz layihələri, elektrik enerjisi sektorunda inkişaf göstəriciləri ilə bağlı məlumatları, bərpaolunan enerji sahəsində potensial və hədəfləri diqqətə çatdırıb.

Banqladeşli nazir də öz növbəsində, ölkəsinin energetika sektorunda baş verən sürətli inkişaf prosesindən, qaz yataqlarının işlənilməsi, generasiya gücünün xüsusilə bərpaolunan enerji hesabına artırılması hədəflərindən danışıb. Azərbaycanın bərpaolunan enerji üzrə əməkdaşlıq etdiyi Səudiyyə Ərəbistanının “ACWA power” şirkəti ilə Banqladeşin də hazırda LNG infrastrukturunun yaradılması və günəş enerjisi layihələri üzrə əməkdaşlıq etdiyi bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.