MƏDƏNİYYƏT


Azərbaycanla Böyük Britaniya arasında mədəniyyət və yaradıcı sənayelər sahəsində əməkdaşlıq müzakirə olunub

Bakı, 27 fevral, AZƏRTAC

Fevralın 27-də Mədəniyyət naziri Əbülfəs Qarayev ilə Bakıda səfərdə olan Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım Baroness Emma Nikolson arasında görüş keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp və “Britaniya Şurası”nın (British Council) Azərbaycan Nümayəndəliyinin direktoru Samr Şah da iştirak edib.

Görüş zamanı Azərbaycanla Böyük Britaniya arasında mədəniyyət və yaradıcı sənayelər sahəsində əməkdaşlıq məsələləri, həyata keçiriləcək layihə və proqramlar müzakirə edilib.

Nazir Əbülfəs Qarayev Böyük Britaniya səfərindən yenicə qayıtdığını qeyd edərək səfər çərçivəsində keçirilən görüşlər və müzakirə edilən məsələlər barədə məlumat verib. Nazir həmçinin “Britaniya Şurası” ilə mövcud əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Xanım Nikolson İraqda yaşayan yerli əhalinin ənənəvi musiqilərinin nota köçürülməsi ilə bağlı Azərbaycanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihəsinin müvəffəqiyyətlə yekunlaşdığını qeyd edərək layihənin reallaşmasında göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Qeyd edib ki, Azərbaycan tərəfindən təqdim olunan materiallar artıq nəşr edilib və Birləşmiş Krallığın ali rəhbərliyi və yüksək səviyyəli rəsmilərinə təqdim edilib. O, həmçinin ölkəmizin dərin musiqi mədəniyyətini yüksək qiymətləndirdiyini qeyd edib.

Sonra xanım Nikolson Əbülfəs Qarayevi cari ilin avqust ayında keçiriləcək Edinburq Mədəniyyət Sammitinə dəvət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.