MƏDƏNİYYƏT


Azərbaycanla Böyük Britaniya arasında turizm sahəsində əlaqələr müzakirə edilib

Bakı, 28 oktyabr, AZƏRTAC

Oktyabrın 28-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşündə iki ölkə arasında turizm əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı iki ölkə arasında viza məsələləri, onun asanlaşdırılması, təcrübə mübadiləsi, qış turizmi üzrə mövcud potensialın qiymətləndirilməsi və s. mövzular müzakirələr edilib.

Qeyd edilib ki, Azərbaycan xarici vətəndaşların səyahət etmələri və vaxtlarını əyləncəli keçirmələri üçün təhlükəsiz ölkələrdən biridir.

Agentlik sədri Fuad Nağıyev bu ilin fevral ayında qonaqlarla baş tutan görüşü xatırladaraq o zamandan bu günədək Agentliyin fəaliyyətindəki yeniliklərdən və ölkədə turizmin inkişafına verilən töhfələrdən söhbət açıb.

O qeyd edib ki, bu il Azərbaycan noyabrın 4-6-da Londonda keçiriləcək Dünya Səyahət Bazarı sərgisində (“World Travel Market-2019”) daha geniş heyətlə təmsil olunacaq.

Görüşdə, həmçinin Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Layl Şarp da iştirak edib.

Qeyd edək ki, 2019-cu ilin yanvar-sentyabr dövründə Azərbaycana səfər edən böyük britaniyalı turistlərin sayı 29304 nəfər təşkil edib. Bu da ötən ilin eyni dövrünə nisbətdə 26.79 faiz artım deməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.