SİYASƏT


Azərbaycanla Dubay Əmirliyi arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Dubay, 16 yanvar, AZƏRTAC 

Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyi arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, müzakirələr Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki baş konsulu Cavidan Hüseynovun Dubay Protokol Departamentinin baş direktoru Xəlifə Səid Süleyman ilə görüşündə aparılıb.

Baş konsul Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini bildirib, ikitərəfli əməkdaşlığın hazırkı səviyyəyə çatmasında dövlət başçılarımızın siyasi iradəsinin və dostluq münasibətlərinin, eləcə də həyata keçirilmiş yüksək səviyyəli səfərlərin həlledici rolunu vurğulayıb.

Öz növbəsində, Xəlifə Səid Süleyman baş konsulluqla əməkdaşlıqdan hər zaman məmnunluq duyduğunu söyləyərək, BƏƏ ilə Azərbaycan arasında əlaqələrin qarşılıqlı hörmət və dostluğa əsaslandığını deyib. O, ikitərəfli əlaqələrdə müsbət dinamikanın müşahidə edilməsinin və əməkdaşlığın davamlı şəkildə genişlənməsinin sevindirici hal olduğunu bildirib.

Baş konsul C.Hüseynov BƏƏ ilə iqtisadiyyat, ticarət, turizm, mədəniyyət və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsinin Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqətində olduğunu qeyd edib.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Dubay

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.