İQTİSADİYYAT
Azərbaycanla Gürcüstan arasında iqtisadi komissiyanın işi bərpa olunacaq
Tbilisi, 10 oktyabr, AZƏRTAC
Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlığa dair komissiyanın iclası son 10 il ərzində keçirilmir. Bununla bağlı noyabrın ikinci yarısında ilk addım atılacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan Baş naziri Georgi Qaxaria hökumətin bugünkü iclasında deyib.
Onun sözlərinə görə, Azərbaycana səfəri zamanı keçirdiyi görüşlərdə bir çox məsələ, o cümlədən ticarət, nəqliyyat, qarşılıqlı investisiya qoyuluşu barədə də müzakirələr aparılıb. Bu sahələrdə əməkdaşlığı dərinləşdirmək üçün daha konkret addımların atılması barədə razılıq əldə olunub.
“Son illər ərzində fəaliyyətsiz olan komissiyanın işini yenidən canlandırılması barədə razılığımız var. Düşünürəm ki, komissiya iqtisadi əməkdaşlığımızın möhkəmləndirilməsi baxımından fundamental və effektiv vasitə olacaq”, - deyə G.Qaxaria vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:13]
® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
- 24.04.2024 [18:57]
Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur
- 24.04.2024 [18:31]