İQTİSADİYYAT


Azərbaycanla Gürcüstanın enerji sistemlərinin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub

Bakı, 18 sentyabr, AZƏRTAC

Azərbaycanla Gürcüstanın enerji sistemlərinin mövcud vəziyyəti və perspektivləri müzakirə edilib.

“Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və media mərkəzindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 18-də Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri xanım Natiya Turnavanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə ASC-nin prezidenti Baba Rzayevin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş olub. Görüşdə Azərbaycanla Gürcüstanın enerji sistemlərinin mövcud vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, ölkəmizin ən böyük elektrik enerjisi ixrac etdiyi ölkə Gürcüstandır, eyni zamanda, Azərbaycanın Türkiyə və Avropaya ötürdüyü elektrik enerjisi məhz Gürcüstandan keçməklə ixrac edilir.

Görüşdə texniki məsələlər, ölkələr arasında tranzit xarakterli yüksəkgərginlikli elektrik ötürmə xətlərinin hazırkı vəziyyəti, tikilməkdə olan Ağstafa-Qardabani xəttində işlərin gedişi və Azərbaycan-Gürcüstan-Türkiyə, Rusiya-Azərbaycan-Gürcüstan-Rusiya enerji həlqəsi geniş müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.