Azərbaycanla Hindistanın turizm sahəsində ikitərəfli əməkdaşlığına həsr olunmuş tədbir keçirilib
AzerTAg.az
Bakı, 28 mart, Emil Məlikov, AZƏRTAC
Martın 28-də Bakıda Hindistanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə turizm sektorunda Azərbaycan və Hindistan arasında ikitərəfli əməkdaşlığın təşviqi çərçivəsində tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, turizm şirkətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən işgüzar (B2B) görüşdə Hindistanın Azərbaycandakı müvəqqəti işlər vəkili Vinay Kumar, səfirliyin ikinci katibi Acay Kumar Pandey, eləcə də digər əməkdaşlar, o cümlədən Azərbaycan və Hindistan turizm şirkətlərinin rəhbərləri, həmçinin nümayəndələri tərəfindən Hindistan və Azərbaycan arasında tarixi-mədəni əlaqələrə əsaslanan dostluq münasibətlərinin mövcudluğundan, eyni zamanda, iki ölkə arasında turizm sektorundakı perspektivlər, qarşılıqlı əməkdaşlıq və başqa bu kimi məsələlər barədə müzakirələr aparılıb.







Xəbərin mətnində orfoqrafik səhv var