Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycanla İƏT arasındakı əməkdaşlıq İslam dünyasının təhlükəsizliyinə xidmət edir

Azərbaycanla İƏT arasındakı əməkdaşlıq İslam dünyasının təhlükəsizliyinə xidmət edir

Bakı, 26 mart, AZƏRTAC

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının martın 22-23-də keçirilən 48-ci sessiyasında Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımı ilə bağlı dörd qətnamə qəbul edildi. Pakistan İslam Respublikasının İslamabad şəhərində “Birlik, ədalət və inkişaf naminə tərəfdaşlığın qurulması” mövzusunda təşkil edilən konfransda “Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması”, “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi”, “Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzü nəticəsində Azərbaycanın ərazilərində İslam tarixi və mədəni ziyarətgahlarının dağıdılması və təhqir edilməsi” və “Xocalı qırğınının qurbanları ilə həmrəylik” adlı qətnamələrdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün siyasi, iqtisadi, mədəni və humanitar aspektləri ilə bağlı müddəalar əks olunub.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.

O qeyd edib ki, İƏT Ermənistanın beynəlxalq hüquq normalarını pozaraq, minalanmış ərazilərin dəqiq xəritələrini və həmin ərazilərə aid digər məlumatları təqdim etməkdən davamlı boyun qaçırmasını pisləyib. Konfransda Azərbaycan hökuməti və xalqının öz ölkəsinin müdafiəsi və onilliklər boyu davam edən erməni təcavüzü və işğalının ağır nəticələrinin aradan qaldırılması üçün göstərdiyi səylərlə tam həmrəylik və dəstək ifadə olunub. Bu, Azərbaycanın postmünaqişə dövründə əldə etdiyi ən böyük diplomatik uğurlardan biridir. Ümumiyyətlə, İslam Əməkdaşlıq Təşkilatı hər zaman ədalətin yanında olub. Ermənistanın 30 ilə yaxın müddətdə davam edən işğal siyasəti zamanı da İƏT prinsipial mövqe sərgiləyərək İslam dünyasının bir parçası olan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və işğala son qoyulması ilə bağlı qətiyyətli çağırışlar edib. Təşkilat İkinci Qarabağ müharibəsindən sonra da ədalətli mövqeyinə sadiq qalaraq bu əraziyə faktaraşdırıcı missiya təşkil edib. Amma İƏT-dən fərqli olaraq, əksər beynəlxalq təşkilatların bu missiyaları təşkil etməyə iradəsi çatmayıb. Bu yanaşma ilə İƏT sözün həqiqi mənasında nümunə sərgiləyib.

K.Nurullayevanın sözlərinə görə, İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti işğaldan azad olunmuş Azərbaycan torpaqlarında yerində araşdırmalar aparıb, sübutlar toplayıb və əldə edilən nəticələr əsasında hesabat hazırlayaraq beynəlxalq təşkilatlara göndərib. Faktaraşdırıcı missiya, eyni zamanda, bütün faktları yerində araşdıraraq, tarixi abidələrin yenidən bərpasının mümkün olub-olmadığına dair hesabat da hazırlayıb.

“İslam Əməkdaşlıq Təşkilatı məqsədli şəkildə dağıdılan tarixi abidələrin yalnız Qafqazın, Azərbaycan xalqının deyil, bütün dünyanın mədəni mirası hesab etdiyi üçün bu tarixi abidələrin taleyinə məsuliyyətlə yanaşdı. Çünki Ermənistanın illər ərzində dağıtdığı, kökündən məhv etməyə çalışdığı bu mədəni mirası bərpa etmək tarixə, mədəniyyətə xidmət etməkdir. İslam Əməkdaşlıq Təşkilatının insan haqları qurumunun hazırladığı hesabat bütün dünyaya, BMT-yə və insan haqlarını qoruyan qurumlara əsl həqiqətin nədən ibarət olduğunu sübut edən bir mesajdır.

Azərbaycanın tarixi torpaqlarının 30 ilə yaxın işğal altında saxlanması bu faktların beynəlxalq ictimaiyyətə lazımi səviyyədə çatdırılmasına mane olurdu. Əksər təşkilatlar xristian təəssübkeşliyi sərgiləyərək, Ermənistanı ifşa etməkdən yayınırdı. Bu da çox təhlükəli presedent yaradırdı. Halbuki Qarabağ torpaqları faktaraşdırıcı missiyaların səfərlərinin təşkilinə ən çox ehtiyacı olan ərazilər idi”, - deyə K.Nurullayeva vurğulayıb.

İƏT-in qəbul etdiyi sonuncu qətnamələrin İslam dünyasının Azərbaycana dəstəyinin növbəti təzahürü olduğunu diqqətə çatdıran deputat deyib: “Bu yaxınlarda Avropa Parlamenti erməni yalanları əsasında Azərbaycan əleyhinə qətnamə qəbul edərək, guya Qarabağda ermənilərə məxsus tarixi-mədəni abidələrin məhv edildiyini iddia edirdi. Məsələ burasındadır ki, bu vaxta qədər elə Avropa ölkələrinin diplomatik nümayəndələri dəfələrlə Qarabağa səfər edərək ermənilərin törətdiyi vandallıq aktlarının şahidi olublar. Eyni zamanda, ermənilərin məscidlərdən tövlə məqsədilə istifadə etdiklərinin də şahidi olublar və KİV-ə açıqlamalarında Ermənistanı qınayıblar. Bu baxımdan Avropa Parlamentinin qəbul etdiyi qətnamənin heç bir əsası yoxdur. İslam Əməkdaşlıq Təşkilatının qəbul etdiyi qətnamələr, əslində, Avropa Parlamentinin qərəzli qərarına tutarlı cavabdır”.

K.Nurullayevanın fikrincə, İƏT-in qəbul etdiyi qətnamələr həm də Azərbaycana vurduğu zərərə görə Ermənistanın məsuliyyətə cəlb edilməsini şərtləndirən hüquqi baza rolunu oynayır. Çünki qətnamədə Azərbaycanın ona dəymiş zərərə görə təzminat tələb etmək haqqı, Ermənistanın isə bu təzminatı ödəmək məsuliyyəti təsdiq olunub.

“Təsadüfi deyil ki, həmin 4 qətnamədən biri işğaldan azad edilmiş ərazilərdə keyfiyyətli məskunlaşmanın təmin olunması ilə bağlıdır. Azərbaycan hökuməti hazırda bu ərazilərdə kompleks şəkildə bərpa-quruculuq işləri həyata keçirir. Əsas məqsəd 30 ilə yaxın müddətdə öz tarixi torpaqlarından zorla qovulan insanları qısa müddətdə öz yurdlarına qaytarmaq və onları layiqli həyat şəraiti ilə təmin etməkdir. Artıq İƏT bərpa prosesində də Azərbaycana dəstək göstərəcək. Belə ki üzv ölkələrə, İslam İnkişaf Bankı və digər İslam institutlarına işğaldan azad olunmuş torpaqlara məcburi köçkünlərin geri dönüşünü təmin etmək üçün bu ərazilərin yenidən qurulması və bərpasında Azərbaycan hökumətinə və xalqına yardım etməyə çağırış öz əksini tapıb. Burada, habelə bütün beynəlxalq institutlar Azərbaycanın iqtisadi və sosial inkişaf fəaliyyətini dəstəkləməyə çağırılıb”, - deyə deputat qeyd edib.

K.Nurullayeva bildirib ki, Xocalı soyqırımının qurbanları ilə həmrəylin ifadə olunması isə Azərbaycan xalqı üçün çox vacib məqamdır. Bu vaxta qədər dünyanın müxtəlif ölkələri 613 nəfərin məhz azərbaycanlı olduqları üçün xüsusi qəddarlıqla qətlə yetirildiyi Xocalı qətliamı dünyanın müxtəlif ölkələrinin parlamentləri, o cümlədən ABŞ-ın 20-dən çox ştatı tərəfindən insanlıq əleyhinə cinayət kimi tanınıb. İƏT də Xocalıya ədalət tələb edərək bu həqiqətlərin dünya ictimaiyyəti tərəfindən qəbul edilməsi prosesində iştirakını bundan sonra da davam etdirəcək.

“Beləliklə, Azərbaycanın Qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra rəsmi Bakı ilə İƏT arasında əməkdaşlığın da yeni mərhələyə qədəm qoyduğunu əminliklə söyləyə bilərik. Postmünaqişə dövrünün yeni reallıqlarına uyğun davam edən bu əməkdaşlıq bütövlükdə İslam dünyasının təhlükəsizliyinə xidmət edir”, - deyə Könül Nurullayeva fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

Küveyt və Ərəb Elektron Media Birlikləri Qarabağda qanunsuz erməni hərbi birləşmələrinin təxribatlarını pisləyib

Vaja Şubitidze: Azərbaycan Prezidenti Qarabağda tarixi ədaləti bərpa etdi

Ərəb ölkələrinin mediası: Azərbaycan Qarabağda öz suverenliyini bərpa edib

“Qarabağ”- “Molde” oyunu başlayıb

Azərbaycan ilə Niderland arasında qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb

YAP-ın iki rayon təşkilatına yeni sədrlər təyin olunub

Siyasi şərhçi: Yevlax görüşü Qarabağdakı separatizmin, terrorçuluğun sonunun gəldiyini göstərir

Bakıda Asiya Parlament Assambleyasının daimi komitəsinin iclası keçirilib

“Azəriqaz” İstehsalat Birliyində Neftçilər Günü qeyd edilib

Baş Prokurorluq Rusiya sülhməramlılarının həlak olduğu insidentlə bağlı istintaq aparır

Adil Əliyev: Cənubi Qafqazda sülhün təminatçısı Azərbaycandır

Türkiyə yığması Montella ilə müqavilə bağlayıb

Prezident İlham Əliyevin xalqa müraciəti və Azərbaycanın antiterror tədbirləri Rusiya KİV-inin diqqət mərkəzindədir

Yaralı erməni qadın hərbi hospitala təxliyə edilib VİDEO

Naxçıvanda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi keçirilib

Sənan Süleymanov erməni güləşçiyə qalib gələrək finala yüksəlib və olimpiadaya lisenziya qazanıb

“Qarabağ”-“Molde” matçının start heyəti açıqlanıb

Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində təşkil olunan qəbulda iştirak edib

Uşaq musiqi məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlanıb

Qozlukörpü yaşayış məntəqəsi ərazisindəki mülki təyinatlı obyektdə sursat anbarı aşkarlanıb VİDEO

İran mətbuatı Azərbaycanın lokal antiterror tədbirindən yazıb

Qida sahəsində fəaliyyət göstərən 4 müəssisədə nöqsanlar aşkarlanıb

İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub

Azərbaycan-Gürcüstan FM radiosu Gürcüstanın bütün ərazilərində yayımlanacaq

Nikol Paşinyan regiondakı gərgin şəraitdə xalqı sülhə dəyər verməyə çağırıb

Papa Fransisk: Dünya nüvə müharibəsinin astanasındadır

Cənubi Qafqazda yeni siyasi düzənin formalaşması Prezident İlham Əliyevin adı ilə bağlıdır - ŞƏRH

Narkomaniyaya qarşı maarifləndirici tamaşa nümayiş etdirilib

Azərbaycanın Qarabağ bölgəsində antiterror tədbirlərindən sonra minalar zərərsizləşdirilir

Şirvanda tədbir: “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır

® "Unibank" özünüməşğulluq layihəsi çərçivəsində daha 5 vətəndaşa dəstək olub

Cənub regionunda aqroturizmin təşviqi ilə bağlı tədbirlər keçirilir

İşçinin əmək hüquqlarını pozan şirkət 20 min manat cərimələnib

2027-ci ilin sonuna xarici dövlət borcunun ÜDM-in 6,8 faizi həcmində olacağı proqnozlaşdırılır

ADA Universiteti: Böyük Qayıdışla bağlı layihənin icrasına başlanılıb

Mingəçevirdə fəaliyyət göstərən süd və süd məhsullarının istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Şərqşünas alimin Qarabağda antiterror tədbirləri haqqında məqaləsi Misir mətbuatında yayımlanıb

SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Sentyabrın 22-nə olan USD/AZN rəsmi məzənnəsi

Dmitri Peskov: Qarabağın mənsubiyyəti məsələsi həll olunub

Azərbaycanın üç güləşçisi dünya çempionatında yarımfinala vəsiqə qazanıb

Bakı Böyük Dəbilqə turniri: Azərbaycan cüdoçularının rəqibləri müəyyənləşib

İlin sonuna əsas kapitala olan investisiyalarda 7,7 faiz artım proqnozlaşdırılır

Sumqayıtda STEAM və İnnovasiyalar Mərkəzi fəaliyyətə başlayıb

Kibertəhlükəsizlik sisteminin daha güclü formada qurulması üçün dövlət və özəl sektorun səmərəli əməkdaşlığı ön plana çıxır

Azərbaycan Stolüstü tennisçiləri “WTT Youth Contender” turnirində daha 4 medal qazanıb

Umida Teşabayeva: Özbəkistan Milli Kitabxanası uzun illərdir Azərbaycan Milli Kitabxanası ilə sıx əməkdaşlıq edir

Milyarder Lauder rəssam Şilenin əsərlərini nasistlərin qətlə yetirdiyi kolleksiyaçının varislərinə geri qaytaracaq

Azərbaycanın Rus İcması: Bizim rəşadətli, şanlı Ordumuz qısa müddətdə Qələbə çalıb və separatçıları kapitulyasiyaya məcbur edib

® “OBA” müştəriləri üçün “Qənaətin vaxtıdır”

İtaliyalı tədqiqatçı: Azərbaycan Qarabağ ermənilərinin dinc yaşayışını təmin edəcək

Sözü imzası qədər dəyərli olan Azərbaycanın bölgədə yaratdığı reallıqlar - ŞƏRH

AYNA: Parklanma üçün 129 486 nəfər mobil tətbiq yükləyərək qeydiyyatdan keçib

İndoneziya Azərbaycan ilə iqtisadi-ticarət münasibətlərinin genişləndirilməsində maraqlıdır

DİM xarici ölkələrdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirəcək

Gənc Tamaşaçılar Teatrı Qusarda azyaşlı tamaşaçıları “Qırmızı papaq"la sevindirib

TKTA mənzil təsərrüfat xidməti üzrə mütəxəssislərə sertifikatlar verib

Azərbaycan Milli Kitabxanasının 100 illiyi münasibətilə keçirilən beynəlxalq elmi-praktik konfrans başa çatıb

Bu il proqnozlaşdırılan orta illik inflyasiyanın 2027-ci ildə 4,2 faizə qədər enəcəyi gözlənilir

Milli Kitabxana “Beynəlxalq Sülh Günü” adlı virtual sərgi hazırlayıb

Yaponiya nəşri: Qarabağdakı erməni qüvvələri tam şəkildə tərk-silah olmağa razılıq veriblər

® “Qara və Xəzər dənizi Logistika” forumu

XİN: Fransa xarici işlər nazirinin açıqlamaları bölgədə mövcud reallıqların təhrif edilməsinə yönəlib

İlqar Aslanov: Qazaxıstanla oyunda qalib gəlsək, şansımız daha da artacaq

Maliyyə Nazirliyi: 2024-cü ildə də manatın məzənnəsi sabit qalacaq

Azərbaycanın tarixinə daha bir şanlı səhifə daxil oldu – Daşları yerinə oturtmağın vaxtıdır - ŞƏRH

TKTA əməliyyatçı-mühasib peşə ixtisası üzrə qiymətləndirmə aparıb

Astarada sel sularının zərər vurduğu yol və körpülərə baxış keçirilib

Türkiyə Milli Müdafiə Nazirliyi: Azərbaycanın yanında olmaqda davam edəcəyik

Elçin Əmirbəyov: İndi bizim bütün ərazimizdə suverenliyimiz təmin olunub

Niderland mediasında Azərbaycanın antiterror tədbirlərinin Qarabağda sülhə gətirib çıxaracağından bəhs edilib

Deputat: Qarabağda həyata keçirilən lokal antiterror tədbirləri dünya üçün nümunə oldu

Şagird nailiyyətlərinin qiymətləndirilməsinə dair metodik vəsait çap olunub

Sahibkarlar məhsullarını iri ticarət şəbəkələrində satmaq üçün KOBİA-ya müraciət edə bilərlər

Futzal üzrə milli komandanın kapitanı azarkeşlərə müraciət edib

AQTİ “Qida subyektlərində sanitar-gigiyenik normalar” mövzusunda təlim təşkil edib

Bir şəxsi öldürən, digərini öldürməyə cəhd edən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının açıqlaması VİDEO

® “Veysəloğlu” rəhbərləri gənclərlə biznes təcrübələrini bölüşür - Yeni layihə

Payız semestrində təhsil krediti alan tələbələrin sayı açıqlanıb

Türkiyə Müdafiə Sənayesi Komitəsinin müşaviri AzTU-da olub

AMEA-nın prezidenti: Uğurla başa çatdırılmış antiterror tədbirləri Prezident İlham Əliyevin qəti Qələbəsidir

Bu ilin sonuna Azərbaycanda ÜDM-in 1,9 faiz artacağı proqnozlaşdırılır

Gələn il üçün müdafiə və milli təhlükəsizlik xərcləri açıqlanıb

Aqrar Sığorta Fondunun sədri İsmayıllıda vətəndaşların müraciətlərini dinləyəcək

Azərbaycan Prezidentinin xalqa müraciəti Gürcüstan mətbuatının diqqət mərkəzində olub

AFFA-da 2024/25-ci illər lisenziyalaşdırma mövsümü müzakirə olunub

Gələn il dövlət büdcəsi 33,7 milyard manat nəzərdə tutulur

ABŞ Serbiya-Kosovo dialoqunda Aİ-nin vasitəçiliyinə etibar edir

Qarabağın erməni sakinlərinin nümayəndələri görüşdən sonra Yevlaxı tərk ediblər VİDEO

Azərbaycanda bu ilin sonunadək Rəqəmsal İqtisadiyyat Strategiyası təsdiqlənəcək

BDU əməkdaşları üçün təkmilləşdirmə kursları təşkil olunub

2024-cü ildə icmal büdcədə 3,3 milyard manat kəsr olacaq

Azərbaycanda nikahların pozulması ilə bağlı statistik rəqəmlər narahatedici səviyyədədir – ARAŞDIRMA

FIFA: Azərbaycanın reytinq cədvəlindəki mövqeyi dəyişməyib

Britaniya telekanalında Azərbaycana qarşı səsləndirilmiş iddialara cavab verilib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Azərbaycan və Bakı tarixinə dair unikal sənədlər Milli Kitabxanaya təhvil verilib

BDU-da “Fizikada müasir baxışlar” adlı beynəlxalq elmi konfrans keçiriləcək

Vəfa Bəkərova: Şadıq ki, ilk dəfə Naxçıvanda bədii gimnastika üzrə beynəlxalq turnir keçirilir