CƏMİYYƏT
Azərbaycanla ISESCO arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Bakı, 26 aprel, AZƏRTAC
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş direktoru Əbdüləziz Osman Əl-Tüveycri ilə Azərbaycanın Mərakeşdəki səfiri Oqtay Qurbanov arasında təşkilatın Rabat şəhərindəki mənzil-qərargahında keçirilmiş görüşdə ölkəmizlə bu təşkilat arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, görüşdə 2019-cu il mayın 2-3-də Bakıda UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun birgə tərəfdaşlığı ilə keçiriləcək V Dünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq çərçivəsində Azərbaycan hökuməti ilə ISESCO-nun birgə fəaliyyəti ətrafında fikir mübadiləsi aparılıb. Əbdüləziz Osman Əl-Tüveycri qeyd edib ki, onun rəhbərlik etdiyi təşkilat “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” mövzusuna həsr edilən bu mühüm tədbirdə islamofobiya və ekstremizmə qarşı mübarizə mövzusunda ayrıca bölmə iclası keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:55]
Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır
- 24.04.2024 [17:21]