SİYASƏT


Azərbaycanla İordaniya arasında qarşılıqlı investisiya imkanları və biznes əlaqələrinin təşviqi məsələləri müzakirə olunub

Bakı, 1 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 1-də İordaniya Haşimilər Krallığı Senatının sədri Faysal Al-Fayez ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakıda keçirilən konfransının əhəmiyyəti vurğulanıb.

Azərbaycan-İordaniya münasibətlərinin müxtəlif istiqamətlərdə inkişaf etdiyi məmnunluqla qeyd edilib. İki ölkənin beynəlxalq təşkilatlar, xüsusən də İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və BMT çərçivəsində səmərəli əməkdaşlıq etdikləri diqqətə çatdırılıb.

Görüşdə Azərbaycan ilə İordaniya arasında ticari-iqtisadi münasibətlərin genişləndirilməsi, qarşılıqlı investisiya imkanları və biznes əlaqələrinin təşviqi, həmçinin müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.