İQTİSADİYYAT


Azərbaycanla İran arasında tranzit yükdaşımaların həcmi 2 milyon tona çatacaq

Tehran, 9 iyun, AZƏRTAC

“Azərbaycan Dəmir Yolları” QSC ilə İran Dövlət Dəmir Yolları Şirkəti arasında tranzit yükdaşımaların həcminin 2 milyon tona çatdırılması haqqında razılıq əldə olunub.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Dövlət Dəmir Yolları Şirkətinin Baş direktoru Səid Rəsuli mətbuata açıqlamasında deyib. O bildirib ki, bununla yanaşı, dəmir yolları sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirliməsi barədə də anlaşma olub. Koronavirus pandemiyasına baxmayaraq, ötən il Azərbaycanla İran arasında tranzit yükdaşımanın həcmi 480 min tona çatıb ki, bu da 18 faiz artım deməkdir.

Qeyd olunub ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas seqmenti olan Qəzvir-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xətti tam olaraq istismara buraxıldıqdan sonra həm iki ölkə arasında, həm də tranzit yükdaşımaların həcmi dəfələrlə artacaq. Həmin yolun Qəzvin-Rəşt hissəsi 2 ildir ki, istifadəyə verilib. Yolun Rəşt-Astara hissəsində isə inşaat işləri davam edir.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.