İQTİSADİYYAT


Azərbaycanla İranın nəqliyyat sahəsindəki əlaqələrinin mövcud vəziyyətinə dair müzakirələr aparılıb

Bakı, 9 iyun, AZƏRTAC

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev ilə ölkəmizdə səfərdə olan İran İslam Respublikasının yol və şəhərsalma naziri Məhəmməd İslami arasında görüş olub.

AZƏRTAC xəbər verir ki, bu barədə nazir Rəşad Nəbiyev deyib.

O bildirib ki, Azərbaycan və İran arasında nəqliyyat sahəsindəki əlaqələrin mövcud vəziyyəti və gələcək əməkdaşlıq imkanları müzakirə edilib. İki ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat-tranzit dəhlizlərinin inkişafı, bu istiqamətdə həyata keçirilən birgə layihələrin icrası barədə danışılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.