CƏMİYYƏT


Azərbaycanla İsrail arasında səhiyyə sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Bakı, 8 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Corc Diki ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə, həmçinin İsrail Dövlətinin Xarici İşlər Nazirliyinin Asiya və MDB ölkələri ilə iqtisadi əməkdaşlıq departamentinin direktoru Mixael Lotem və İsrail səfirliyinin digər rəsmiləri də iştirak ediblər.

Səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və gücləndirilməsinin yeni perspektivləri müzakirə edilib.

Teymur Musayev diqqətə çatdırıb ki, bütün sahələrdə olduğu kimi, səhiyyə və tibb elmi sahəsində də əməkdaşlıq nümunəvidir: “İsrail yüksək səviyyəli təhsil və səhiyyə sisteminə malik ölkələrdən biridir. Bunu əsas tutaraq, səhiyyə sahəsində əməkdaşlıqdan məmnunuq. Eyni zamanda, səhiyyənin daxilində olan digər yüksək texnologiya sahələrində - virusologiya, mikrobiologiya və COVID-19 pandemiyası ilə gündəmə gəlmiş digər istiqamətlərdə əməkdaşlığımız konsturiktivdir”.

Görüş zamanı, həmçinin İsrailin əczaçılıq şirkətlərinin Azərbaycanda təmsil olunması məsələsi, eləcə də yüksəkkeyfiyyətli tibbi avadanlıqlardan Azərbaycanda istifadə olunmasının müstəsna əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə, nazirliklər arasında tibb elmi sahəsində və qlobal pandemiyaya qarşı mübarizə üzrə Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində birbaşa əlaqələrin önəmi qeyd edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.