MƏDƏNİYYƏT


Azərbaycanla İsveç arasında mədəni sahələrdə birgə tədbirlərin həyata keçirilməsi müzakirə olunub

Bakı, 7 iyul, AZƏRTAC

İsveç Krallığının ölkəmizdəki səfiri Kristian Kamill Azərbaycan Milli Xalça Muzeyində olub.

AZƏRTAC xəbər verir ki, muzeyin direktoru Şirin Məlikova ilə görüş zamanı səfir İsveç və Azərbaycan arasında bir çox sahələrdə yüksək səviyyədə qarşılıqlı əməkdaşlığın, o cümlədən mədəni əlaqələrin mövcud olduğunu və daha da inkişaf edəcəyinə inandığını deyib. Bunun üçün birgə tədbirlərin həyata keçirilməsinin vacibliyindən danışılıb.

Kristian Kamill Xalça Muzeyinə tekstil tarixçisi Viveka Hansenin “Textilia Linnaeana: XVIII əsrin qlobal tekstil ənənələri və ticarəti” kitabını hədiyyə edib.

Şirin Məlikova səfir Kristian Kamillə Azərbaycan mədəniyyətinə göstərdiyi marağa, muzeylə daim sıx əlaqədə olduğuna görə təşəkkürünü bildirib. Muzey direktoru səfirin hədiyyə etdiyi qiymətli kitabın muzeyin kitabxanasında öz layiqli yerini tutacağını deyib.

Daha sonra onlar Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanovanın Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialına hədiyyə etdiyi “Ləmpə” xalçasına baxıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.