SİYASƏT


Azərbaycanla İtaliya arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub

Daşkənd, 16 iyul, АZƏRTAC

Özbəkistanın paytaxtında keçirilən “Mərkəzi və Cənubi Asiya: regional qarşılıqlı əlaqə. Çağırışlar və imkanlar” adlı beynəlxalq konfrans çərçivəsində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İtaliyanın xarici işlər nazirinin müavini Manlio Di Stefano ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, tərəflər İtaliya-Azərbaycan əlaqələrinin dinamik inkişaf etdiyini bildiriblər. Qeyd olunub ki, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Bu istiqamətdə enerji sektoru əsas yerlərdən birini tutur. İtalyanlar Azərbaycanda bir sıra zavodun tikintisində iştirak ediblər. İtaliya şirkətləri Azərbaycanın neft-qaz sektorunda da uğurla çalışırlar. Bununla belə ticarət əlaqələrinin şaxələndirilməsinə ehtiyac var.

Danışıqlarda Azərbaycanın işğaldan azad olunan ərazilərində kənd təsərrüfatı, üzümçülük, şərabçılıq sahələrində, “yaşıl enerji”, ekoloji layihələrdə İtaliya şirkətlərinin iştirakı məsələləri də müzakirə olunub.

Görüşdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev də iştirak edib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.