İQTİSADİYYAT


Azərbaycanla İtaliyanın gömrük orqanları arasında məlumat mübadiləsi müzakirə edilib

Azərbaycanla İtaliyanın gömrük orqanları arasında məlumat mübadiləsi müzakirə edilib

Bakı, 30 mart, AZƏRTAC

Martın 30-da Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov İtaliya ölkəmizdəki səfiri Klaudio Taffuri ilə görüşüb.

DGK-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkənin gömrük orqanlarının ilkin məlumat mübadiləsi istiqamətində əməkdaşlığının perspektivləri barəsində müzakirələr aparılıb.

Görüşdə Azərbaycanla İtaliya arasında qarşılıqlı əməkdaşlıq münasibətlərindən, həmçinin gömrük sferasında daha səmərəli və işgüzar əlaqələrin qurulmasının vacibliyindən bəhs edilib

İtaliya Respublikasının Azərbaycanın mühüm ticarət tərəfdaşlarından biri olduğu, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı və tənzimlənməsinə gömrük orqanlarının da mühüm töhfə verdiyi bildirilib. Eyni zamanda iki ölkənin gömrük orqanlarının ilkin məlumat mübadiləsi istiqamətində əməkdaşlığının perspektivləri barəsində müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.