İQTİSADİYYAT


Azərbaycanla Misir arasında poçt xidməti sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Qahirə, 19 may, AZƏRTAC

Qahirədə Azərbaycanın Misirdəki səfiri Tural Rzayev və Misir Poçt Agentliyi İdarə Heyətinin sədri Şərif Faruk arasında keçirilən görüşdə iki ölkənin poçt xidmətləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, səfirə 1865-ci ildən bəri fəaliyyət göstərən Misir Poçt Agentliyinin fəaliyyəti barədə ətraflı məlumat verilib. Ş.Faruk qeyd edib ki, hazırda poçt xidməti sahəsində müasir texnologiyaların tətbiqi uğurla həyata keçirilir və rəqəmsal transformasiya üzrə mühüm işlər görülüb. O, azərbaycanlı həmkarları ilə əməkdaşlıqda maraqlı olduqlarını da qeyd edib.

Agentliyin muzeyində tarixi sənədlərlə tanış olan səfir T.Rzayev Azərbaycanda poçt xidməti barədə məlumat verərək qeyd edib ki, ölkələrimizin uyğun strukturları arasında əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. O, Misir Poçt Agentliyinin rəhbərini Azərbaycana səfərə dəvət edib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.